Makedoniyalı İsgəndərin ağır imtahanı
Aristotel – İsgəndərin ilk müəllimi olmuşdur.
O zaman ki, onu kamil şəkildə tərbiyə edir və elmin sirlərini ona öyrədir, onu alimlərin və fəqihlərin məclislərinə aparır. Orada İsgəndərə elmi suallar verirlər və o da hamısına düzgün cavab verir. Aristotel isə onu tərifləmək yerinə, onu danlayır və məzəmmət edir. Onu nadan və cahil adlandırır. İsgəndər də yeniyetmə olduğu üçün müəlliminin bu rəftarından narahat olur və inciyir. Məclis əhli vəziyyəti belə görüb, ondan bu cür rəftarın səbəbini soruşurlar. Aristotel isə cavab verir: “İsgəndər elə uşaqdır ki, naz və nemət içində böyümüşdür. Yaxın zamanlarda padşah olacaqdır. Hökumət işlərini əlinə alacaqdır. Mən istədim ki, zülmü ona daddıram və görsün ki, zülm nə qədər acı və xoşagəlməzdir. O zaman ki, padşah olacaqdır – başqalarına zülm etməkdən çəkinsin”. İmam Əli (ə) buyurur: “Zülm elə günahdır ki, heç bir zaman unudulmaz”. /Deyerler.org/ Oxşar xəbərlər
|