Nədən bilək ki, yaxşı nədir, pis nədir?
Mьəllif: admin1
Tarix: 1-02-2019, 10:40
Nədən bilək ki, yaxşı nədir, pis nədir?
Ətrafımızda olan insanlar hər gün elə işlər görürlər ki, bəzilərini yaxşı və bəzilərini isə pis hesab edirik. Bəs doğrudandamı həmin işlər yaxşı və pisdir? Yaxşı və pis üçün əsil meyar nədir?

Allah Təala bunun üçün insana iki nemət vermişdir ki, biri zahiridir və biri isə batinidir. Zahiri meyar – Həzrət Peyğəmbərdir (s) ki, onun etdiyi hər bir əməl yaxşı və pis üçün meyar sayılır.

İkincisi isə ağıldır ki, insan onun vasitəsilə hansı işin yaxşı və hansının pis olduğunu müəyyən edə bilir.

Bu iki meyar birləşən zaman isə kamil insan üçün hidayət və təkamül yolu açılır ki, bu da onu irəliyə doğru hərəkətə gətirir. Bu bərəkətlər ilə tanış olaq:

1. Dini ruhən qəbul etmək. İnsan hər nə qədər çox ağlından istifadə etsə, görər ki, din onun ancaq faydasına olan əməllərə göstəriş verir.

2. Vəhdətə can atmaq. Dinsiz ailədə doğulan uşaqlar adətən dinə qarşı meyilsiz olurlar. Əgər bu cavan dinə meyil əldə edərsə, bu zaman ağıl onu tək qoymaz. Ona nəyin yaxşı və nəyin pis olduğunu öyrədər. Bu zaman ağıl ilə din vəhdət təşkil edər.

3. Nəfsani istəklərinə qalib gəlmək qüdrəti. Qərb filosoflarının nəzərinə görə, pis və yaxşının meyarı – nəfsin müvəffəqiyyətindən asılıdır. Ona görə deyirlər ki, düzdür perspektiv baxımından dünya boş və fani bir yerdir.

Ancaq hər bir halda bura gəlmişik və ona görə də dünyadan bacardığımız qədər faydalanmalıyıq. Bu yolda hər şey mübahdır: istər döyüşmək olsun, istər rəhimsizlik və müharibə olsun – yaxşı hesab olunur.

Halbuki, qəlbində Peyğəmbər (s) sevgisi olan bir insan bunun əksini düşünür. Ancaq o şey yaxşıdır ki, İlahi dəyərlər müstəvisində yaxşı sayılır.

4. Qəlbində Peyğəmbər (s) sevgisi olan insanın ideoloji yol azmaları da az olar. İnsanların çoxu yollarını azdıqları üçün həlak olurlar. Bu gün təkfirçi vəhabiləri buna misal göstərmək olar. Əgər ağıl ilə sevgi birləşərsə, o zaman yolunu azmaq ehtimalı da azalar.

Hədislərimizə görə, Həzrət Peyğəmbərə (s) itaət etmək – nemətin nazil olmasına səbəb olar.

İmam Hüseyn (ə) buyurur: “Əgər insanlar Allahın və Peyğəmbərinin (s) sözlərini eşitsəydilər, səma yağışı, torpaq bərəkətini onlara bağışlayardı. Bu ümmətdə heç bir zaman münaqişə yaranmazdı. Hamı dünyanın nemətindən Qiyamətə qədər faydalanmış olardı”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031