Qəlbdəki nigarançılığı aradan aparmaq üçün effektiv yol
Mьəllif: admin1
Tarix: 1-02-2019, 14:12
Qəlbdəki nigarançılığı aradan aparmaq üçün effektiv yol
İlahi hikmət onu isbat edir ki, yer üzündə olan hər bir şey Allahın dəqiq hesab və kitabı əsasında xəlq olmuşdur.

Dünyada baş verən hadisələrin hamısının hikməti və hədəfi vardır. Heç bir hadisə hikmət olmadan həyata keçməz.

Bəs İlahi hikmətin tərbiyəvi təsirləri hansılardır?

1. Əgər insan İlahi hikmətə diqqət edərsə, onun elminin inkişaf etməsinə dərin təsirlər qoya bilər. Belə ki, dünya haqqında və onun sirləri haqqında agahlıqlar əldə edər.

Bu elm də bəşərin tərəqqi etməsini sürətləndirər. Belə ki, əgər biz qəbul etsək ki, bu gözəl aləmi qüdrətli bir memar xəlq etmişdir və onda hikmətin sirləri vardır – heç bir zaman hansısa bir hadisənin kənarından laqeyd halda keçmərik. Hər bir hadisəni diqqətəlayiq halda tədqiq edərik.

2. Allahın hikmətinə diqqət etmək – insana xoşagəlməz hadisələr qarşısında güc verər. Onların heç biri hesabsız deyildir. Bu əqidə onu həmin çətinliklərə qalib gəlməkdə yardım edər. Çünki bu hadisələrə qələbə çalmaq üçün yüksək ruhiyyə lazımdır. Bu da İlahi hikmət mərifəti sayəsində baş verər.

3. Allahın hikmətinə diqqət etmək, İlahi qanunları yerinə yetirməyi asanlaşdırar. Çünki bilər ki, bütün bu qanunlar Müdrik Allah tərəfindən təyin edilmişdir.

4. Allahın hikmətinə diqqət etmək – qəlbdəki nigarançılığı aradan aparar. Belə olan insan çətinliklər zamanı rahatlığını əldən verməz, baxmayaraq ki, bu müşküllərin hikmətini dərk etməsə belə. O kəs ki, İlahi hikmətə inanar – mənfi fikirləri özünə yaxın buraxmaz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031