Fironu tanrı olaraq tanımaqdan imtina edən xidmətçinin aqibəti
Fironun hakimiyyəti o qədər zalım və qəddar idi ki, nə uşaqlara və nə də qadınlara rəhm edirdi.
Firon sarayda qızlarını bəzəmək üçün bir qadını vəzifələndirmişdi ki, onların saçı və paltarı ilə məşğul olsun. Bu qadın Hezqil peyğəmbərin (ə) həyat yoldaşı idi. Çox təvqalı və imanlı qadın idi və öz dinini fironçulardan gizlədirdi. Bir gün Fironun qızlarından birinin saçını darayan zaman, daraq əlindən yerə düşür və adət etdiyi kimi deyir: “Bismilləhir-Rahmənir-Rahim!”. Bu sözü Fironun qızı eşidir və sual verir ki, Allah dedikdə, atam Fironu nəzərdə tutursan? Qadın deyir: “Xeyr. Əslində məqsədim – öz Allahım, sənin Allahın və atanın Allahıdır”. Fironun qızı bu olanları atasına xəbər verir. Firon onu və övladlarını yanına çağırtdırır və qadına deyir: “Sənin Allahın kimdir?”. Qadın deyir: “Mənim və sənin Pərvərdigarımız olan Allahdır”. Firon əmr edir ki, misdən düzəltdirdiyi təndiri yandırsınlar. Qadın Firona deyir: “Mənim bir xahişim vardır. Mənim və övladlarımın sümüklərini bir yerə toplayıb, torpağa basdırasınız”. Firon deyir: “Bizim boynumuzda haqqın olduğu üçün bu işi görəcəyəm”. Firon onun tanrı olmasını etiraf etməsi üçün əmr edir ki, əvvəl övladlarını bir-bir təndirdə yandırsınlar. Ancaq qadın onu tanrı adlandırmır. Növbə qadının süd yeyən övladına çatanda qadın çox pərişan olur. Amma uşaq dilə gəlib deyir: “Anacan, səbir et, sən haqlısan”. Bu zaman o ikisini də təndirə atıb yandırdılar. Həzrət Peyğəmbər (s) ürəkyandıran bu hadisəni nəql etdikdən sonra buyurur: “Merac gecəsində burnuma çox xoş bir iy dəydi. Cəbrayildən (ə) soruşdum ki, bu xoş iy nədir? Cəbrayil (ə) dedi: “Bu xoş iy – Fironun qızlarının xidmətçisinin xoş iyidir ki, şəhid olmuşdur””. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|