Kiçik yaşında dünyasını dəyişən körpələrin bərzəx və Qiyamətdəki halı
Mьəllif: admin1
Tarix: 5-02-2019, 14:40
Kiçik yaşında dünyasını dəyişən körpələrin bərzəx və Qiyamətdəki halı
Əgər körpə hələ kiçik yaşlarında dünyasını dəyişərsə, onun bərzəx və Qiyamətdəki halı necə olar?

İslam alimlərinin buyurduqlarından körpələrin axirətdəki halı haqqında bunları başa düşmək olur:

1. Əgər bu körpələr möminlərin övladıdırsa bərzəx aləmində təlim görərlər. Ruhları təkamül edər. Həzrət İbrahimin (ə), Saranın və Həzrət Zəhranın (s.ə) tərəfindən tərbiyə alıb, kamala çatarlar.

“(Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır)”. (“Tur” 21).

2. Əgər uşaq kafir və ya münafiqin övladıdırsa, Qiyamət günü onlar imtahan olunarlar. Hədislərin birində oxuyuruq ki, Allah mələklərə əmr edər ki, atəş yandırsınlar və bu uşaqlara əmr edər ki, atəşə daxil olsunlar. O uşaqlar ki, itaət edib daxil olarlar, atəş onlar üçün soyuq olar. Bu uşaqlar nicat taparlar. Onlar ki, itaət etməzlər, onlar İlahi cəzaya giriftar olarlar.

3. Bəzi alimlərin nəzərinə görə kafir və müşriklərin uşaqları nə behiştə gedərlər, nə də cəhənnəmə. Bəlkə Əraf adlı bir məkanda qərar tutarlar ki, nə əzab görərlər, nə nemət.

Beləliklə deyə bilərik ki, əgər vəfat edən körpə mömin övladıdırsa, behiştə daxil olar. Çünki valideynləri onlar üçün xeyir duaları edərlər. Allah da valideynlərinin bu xeyir dualarına görə onları behiştə daxil edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031