Cəhənnəmdə əbədi qalan 8 zümrə
Mьəllif: admin1
Tarix: 5-02-2019, 19:52
Cəhənnəmdə əbədi qalan 8 zümrə
Müsəlman şəxs günahları qədər cəhənnəmdə qaldıqdan sonra, nəhayət, bir gün behiştə yollanacaq. Amma səkkiz zümrə istisnadır və Behişt əhli Behiştdə əbədi qalacağı kimi, onlar da Cəhənnəmdə əbədi qalacaqlar. Həmin zümrə aşağıdakılardır:

1. Kafirlər:

وَالَّذِينَ كَفَرواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُولَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

“Kafir olan və Bizim nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və onlar orada əbədi qalacaqlar.” (“Bəqərə” surəsi, ayə 39.)

2. Münafiqlər:

وَعَدَ الله الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا هِيَ حَسْبُهُمْ وَلَعَنَهُمُ اللّهُ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ

“Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.” (“Tövbə” surəsi, ayə 68.)

(Dildə Allaha iman gətirən, qəlbən isə şeytanla bir olan, möminləri istehza edən, insanların yaxşı işlərinə maneçilik törədən və onları pisliklərə dəvət edən kəs münafiq adlanır.)

3. Qatillər:

وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا

“Kim bir mömini qəsdən öldürsə, onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar.” (“Nisa” surəsi, ayə 93.)

4. Zinakarlar:

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَن يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا. يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا

“O kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza tədbiri və s. kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) cəza ilə qarşılaşar. Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişəlik həmin əzabda qalar.” (“Furqan” surəsi, ayə 68-69.)

5. Mürtədlər:

...وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُوْلَـئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

“...Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünya və axirətdə puça çıxacaqdır. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.” (“Bəqərə” surəsi, ayə 217.)

6. Sələmçilər:

الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لاَ يَقُومُونَ إِلاَّ كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا فَمَن جَاءهُ مَوْعِظَةٌ مِّن رَّبِّهِ فَانتَهَىَ فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللّهِ وَمَنْ عَادَ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

“Sələm yeyənlər (qiyamətdə qəbirlərdən) şeytanla təmas təsirindən pərişan və divanə olmuş kəs kimi qalxarlar. (Tarazlıqlarını saxlaya bilməyib, gah yıxılar, gah da durarlar.) Bunun səbəbi odur ki, dedilər: “Alış-veriş də sələm kimidir.” Hansı ki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Hər kəs Rəbbindən ona çatan moizəni eşidib (sələm yeməkdən) çəkinsə, keçmişdəki (sələm yolu ilə əldə etdiyi) mal onundur. Onun işi Allahın ixtiyarındadır. Amma yenidən (sələm yeməyə) qayıdanlar od (Cəhənnəm) əhli olacaqlar və onlar orada əbədi qalacaqlar.” (“Bəqərə” surəsi, ayə 275.)

7. İslam düşmənləri ilə dostluq edənlər:

تَرَى كَثِيرًا مِّنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُواْ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ اللّهُ عَلَيْهِمْ وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ

“Onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır!” (“Maidə” surəsi, ayə 80.)

8. Günahlarla əhatə olunanlar:

بَلَى مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيـئَتُهُ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

“Bəli, kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar.” (“Bəqərə” surəsi, ayə 81.)

Kiçik və yaxud böyük günahlar başlanğıcda bir əməldir; təkrar olunduqda, halətə çevrilir, davamlı şəkildə yerinə yetirildikə, səciyyə halına düşür, zirvə həddinə çatdıqda, insanın bütün vücudu günahın rənginə boyanır, qəlbi günahlarla örtülür, qaralır. Bu zaman belələrinə öyüd-nəsihət təsir etmir. Qurana görə, onlar da əbədi Cəhənnəmlikdirlər.

İlahi, bizi Cəhənnəm odundan qoru!

(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031