Adət ilə fitrətin fərqi nədədir?
Adət və ənənələr – dəyişən və sabit olmayan qanunlardır ki, müxtəlif amillərin təsirinə məruz qalarlar. O cümlədən: iqtisadi, ictimai, coğrafi və digər amillərin.
Əlbəttə, bir ölkənin hər bir məntəqəsinə aid adət və ənənəsi olar. Yəni, bir ölkənin içində belə, vahid sabit adətlərin olması mümkün deyildir. Bəzən bu adətlər arasında kəskin şəkildə fərqlər də olur. Deyilənlər, vərdişlərə və qəbul edilmiş qayda-qanunlara da aiddir. Misal üçün, Yer kürəsinin şimal yarımkürəsində soyuqdan qorunmaq üçün çox qalın paltarlar geyinirlər. Əgər kimsə bu cür paltarları hava iqlimi daha yumşaq olan ölkələrdə geyinərsə, bu, böyük təəccübə səbəb olar. Və ya yemək mövzusu da o cürdür. Misal üçün Çin və Koreya kimi bir ölkələrdə adət olunan yeməkləri müsəlman ölkələri qəbul edə bilmirlər. Çünki tamamilə başqa bir qayda-qanuna əsaslanır. Məsələn, İspaniyada öküzlərlə vuruşmaq adəti var. Korrida adlanır. Digər yerlərdə bu adət nəinki qəbul edilməyib, hətta barbarlıq əlaməti kimi də qəbul olunur. Ancaq insan fitrəti sabit və dəyişməzdir. Fitrət, insanın ruhi ilhamlarından qaynaqlanır. Fitrəti heç bir amil dəyişdirə bilməz. İstər ictimai amil olsun, istərsə də iqtisadi. Misal üçün, ananın övladına olan əlaqəsi – fitri bir mövzudur. Bəşər yarandığı ilk gündən indiyə qədər bu fitri hissi dəyişdirə bilməmişdir və bilməyəcəkdir də. Çünki bu sifət – Allah tərəfindən insana verilən bir nemətdir və dəyişməzdir. Hansısa məkan və şəraitlərdə, ayrı-ayrı fərdlər tərəfindən övlada sərgilənə bilinən laqeydlik – anormal bir haldır və ümumi qaydaya təsir etmir. Qaydadan bir istisnadır. Ümumi hal isə budur ki, ana övladına çox göclü bir məhəbbət bəsləyir. Beləliklə deyə bilərik ki, adət və ənənə - insanlar tərəfindən yaradıldığı üçün dəyişkən və sabitsizdir. Ona çox sayda amillər təsir edə bilir və dəyişdirə bilir. Ancaq fitrət o cür deyildir. Çünki Allah tərəfindən insan varlığına qoyulmuş sabit bir sifətdir. Onu heç bir amil dəyişdirə bilməz. /Deyerler.org/ Oxşar xəbərlər
|