İnsan şəklərdən xilas olub, yəqinə çatmaq üçün nə etməlidir?
Mьəllif: admin1
Tarix: 6-02-2019, 19:51
İnsan şəklərdən xilas olub, yəqinə çatmaq üçün nə etməlidir?
Əgər meşədə gəzəndə ağaclara diqqətlə baxsaq, görərik ki, bəziləri yaxşı qol-budaq verib, yaşıllaşıbdır. Ancaq aralarında elə ağaclar vardır ki, quruyublar və cürümək üzrədirlər.

Şəkk və şübhə də insan ruhuna həmin qurumuş ağac kimi təsirlər qoyar. Bizi öldürər və hərəkətsiz edər. Tərəqqi və təkamülü bizdən alar.

Ona görə də deyə bilərik ki, şəkk və şübhə - insanı əsil hədəfinə çatmaqdan saxlayan ən qorxulu amildir.

Bəs yəqinə necə çata bilərik?

Bu suala cavab verməzdən əvvəl şəkkə məna verməyə çalışaq. Şəkk, bir işi görən zaman iki ürəyə malik olmaq və dayanmaq mənasını verir. İnsan heç bir tərəfə qarşı yəqinlik əldə etməz. Ona görə də şəkk insana izritab gətirər.Cəhalətin bir növü hesab olunur.

İndi isə gələk yəqinə çatmaq mərhələsinə. Necə edə bilərik ki, həyatımızda şəkk və şühbədən uzaq olaq və yəqinə çataq?

Yəqin odur ki, insan gördüyü işə qarşı açıqlıq və aydınlıq əldə edər.

Yəqinlik, insan qəlbinə aramlıq verər və onu təşvişdən uzaqlaşdırar. Onu hədəfinə çatdırar.

“(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)»”. (“Bəqərə” 260).

Həzrət İbrahim (ə) yəqinə çatmaq üçün Allahdan belə bir xahiş edir.

Yəqini əldə etməyin tək yolu – ibadətdir. İbadət insan ruhuna xüsusi təsir qoyar. “Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!”. (“Hicr” 99).

İnsan – böyük istedadlara malik olan bir varlıqdır. İbadət – onun ruhunun ən ali tərbiyəçisidir. İnsanın düşüncələrini ayıldar və fikrini təkamülə verər. Qəlbində olan qəsavət və qabarları aradan aparar. İman ruhunu inkişaf etdirər və insanı məsuliyyətli edər.

Beləliklə, deyə bilərik ki, yəqinə çatmağın yolu – ibadətdədir. Amma xalis ibadətdə. O ibadətdə ki, insan ondan ləzzət alar və təkamül edər. Bu ibadət onu hər cür şəkk və şübhə tələsindən xilas edər və yəqinlik vadisinə çatdırar.

Belə ibadətə nail olmaq üçün, insan gündəlik təmrin etməlidir. Diqqətini təmərküz etmək, dediklərinə diqqət etmək – bunun birinci mərhələsidir. İnsanın mərifəti artdıqca, onun ibadətinin keyfiyyəti də artır. İbadəti keyfiyyətləndikcə, yəqini güclənər və qəlbi həqiqi aramlıq tapar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031