İlahi hikməti necə isbat etmək olar?
Mьəllif: admin1
Tarix: 6-02-2019, 19:53
İlahi hikməti necə isbat etmək olar?
Allahın hikmətini isbat etməyin ən yaxşı yolu – varlıq aləminin gözəllikləri və sirləri barəsində düşünməkdir. Əgər insan göyün və yerin yaradılışına diqqətlə nəzər salsa, görər ki, bütün bu nizamlılıq və həmahənglilik Allahın hikmətinə dəlalət edir.

Misal üçün, Allahın cazibə qüvvəsi olmasaydı, Yerin üzərində olanların sabit halda qalması mümkünsüz olardı. Hər şey göydə uçar və yerə enməzdi.

Göyün yeddi təbəqədən ibarət olmasının da hikməti vardır. Allah Təala Quranda buyurur: “Yeddi göyü təbəqələrlə (bir-birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi? Sonra bir daha (varlıq aləminə) bax. (Qəlbinin) göz(ü) (yaradılışda bir nöqsan və çatışmazlığı tapmaqdan) aciz qalıb, sənə tərəf qayıdacaqdır”. (“Mülk” 3-4).

Əmirəl-möminin (ə) buyurur: “Allahın yaratdıqlarında hikmət aşkardır. Hər bir yaradılış – Onun hüccət və bürhanıdır. Baxmayaraq ki, bəzi məxluqlar zahirdə sakit görünür, ancaq Allahın tədbirində danışan, Onun hikmət və qüdrətinə aydın nişanədir”.

Beləliklə deyə bilərik ki, bütün aləm – Allahın hikmət və tədbiri altındadır. Varlıq aləmində heç bir nöqsana rast gəlmək olmaz. Allah Təala iradə etmişdir ki, gözəl bir aləm yaratsın ki, məxluqlar daha çox kamaldan bəhrələnə bilsinlər.

İmam Əli (ə) buyurur: “Hikməti harada tapsan, öyrən. Çünki hikmət hər bir möminin itirdiyidir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031