“Dünyada bir xüsusiyyət vardır ki, axirət ilə müqayisə edilə bilməz...” – Ayətullah Misbah Yəzdi
Ayətullah Muhəmmədtəqi Misbah Yəzdi buyurur: “Havayi-nəfsin amillərindən biri – dünya sevgisidir. Bəziləri açıq şəkildə axirət həyatını inkar edirlər və deyirlər ki, ölümlə hər şey sona çatır.
Ancaq Quran bu insanların qarşısnda buyurur ki, axirəti inkar etmək üçün dəliliniz nədir? Deyirlər ki, başqa bir həyat mövcud deyildir. Bəs siz necə buna əminsiniz? Bu insanlar dediklərinə görə dəlil gətirə bilmirlər. İkinci dəstə isə axirəti inkar etmirlər. Ancaq deyirlər ki, biz tanımadığımıza görə axirəti qəbul edə bilmirik. Onlar inkar etməsələr də, elə yaşayırlar ki, sanki başqa bir həyat olmayacaqdır. Bəziləri isə iddia edir ki, əgər başqa bir həyat vardırsa, o da elə bu dünya kimi olacaqdır. Yəni, necə ki, biz bu dünyaya gəlirik və böyüyürük və özümüz üçün imkanlar yaratmışıq – axirətdə də elə olacaqdır. Bu mərhələni keçəcəyik. Ona görə də insan bu üsullara etiqad etməlidir. Birincisi budur ki, başqa bir həyat vardır, ikincisi budur ki, o dünyanın səadətini bu dünyada yaratmaq lazımdır. Bura əkin yeridir. Dünya həyatında insan sabahı düşünən zaman onun üçün hazırlıqlar görər. Bəs o kəs ki, axirətə inanır, onun üçün hazırlaşmamalıdır? Bəziləri deyir ki, bu dünya nağddır, ona görə də onun dadına baxmaq lazımdır. Dünyada bir xüsusiyyət vardır ki, axirət ilə müqayisə edilə bilməz. Əgər dünyada heç bir əziyyət olmasaydı belə, bu dünya məhduddur. Ləzzətlərini axirətdə olanlarla müqayisə etmək olmaz. Bu dünyanın 100 ili, axirət üçün bir an kimidir. Əslində dünya həyatına, həyat adını vermək olmaz. Qurani-Kərim buyurur ki, bu dünya həyatı oyun-oyuncaqdan və əyləncədən başqa bir şey deyildir. Heç həyat deyildir. Həqiqi həyat – axirətdədir. Quran dilində dünya həyatı əyləncə, lovğalanmaq, mal və övlad artırmaqdır. Əgər dünya ləzzəti ən ali hədəflərin müqəddiməsi olarsa, özü məqsəd olar. Cavan özünü bəzəyər ki, başqaları onu görən zaman xoşları gəlsin və ona görə də bu ləzzət ardınca olar. Bundan ali hədəfləri yoxdur. Əgər qadınla kişi axirət hədəfi üçün bəzənərsə, o zaman axirət hədəfinə malik olar. Mala, həyat yoldaşına, evə və maşına görə lovğalanmaq – o problemlərdəndir ki, xüsusilə xanımlar arasında yayılmışdır. Ancaq bu qədər maldan kim faydalanıb ki? İnsan yediyindən artığından məgər bəhrələnə bilərmi? O qədər yoxsul insan vardır ki, həyatları zənginlərin həyatından daha ləzzətlidir. Ona görə də deyə bilərik ki, axirətin həqiqəti zehnimizdən uzaqdır. Qurani-Kərim misal çəkir ki, göydən nazil olar və su torpağa can verər və onu göyərdər. Ancaq payız fəsli yenə gələr və həmin gözəlliyi qurudar. Bu yaşıllıq saralıb kül kimi ətrafa yayılar. Ona görə də əgər dünyanın zahirinə nəzər salsanız – oyun-oyuncaqdır. Bu əyləncələrlə oynayırsınız, bir-birinizlə lovğalanırsınız, bütün bunlar sizi əsil hədəfdən yayındırır, sizi aldadır. Ancaq əgər axirət hədəfi üçün istifadə etsəniz, ömrünüzün hər anından axirət üçün bəhrələnə bilərsiniz”. /Deyerler.org/ Oxşar xəbərlər
|