Hansı günahlar kəbayiri-əsəm sayılır?
Qurani-Kərimdə belə bir ayə vardır ki, buyurulur: “Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şəri cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər.
Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O, sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda, çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır”. (“Nəcm” 32). Kəbirə günahlar haqqında din alimləri çox danışmış və çox söz demişdilər. Onlardan bəzisi belə hesab edir ki, bütün günahlar kəbirədir. Çünki Allah qarşısında edilən hər bir günah böyükdür. Bəziləri kəbirə və səğirə günahları nisbi hesab edirlər və hər günahı daha ağır günaha nisbətdə səğirə hesab edirlər. Bəziləri bu fikirdədir ki, kəbirə günahlar o günahlardır ki, Allah Quranda onlara görə əzab vədəsi vermişdir. Ancaq hamısından daha üstün olan nəzər budur ki, o günahda ki, aşağıdakı şərtlərdən biri olar – o, kəbirə günah hesab olunar: 1. O günah ki, Allah ona görə əzab verəcəyini vəd etmişdir. 2. O günah ki, dində və hədislərdə kəbirə günah hesab olunur. Bəzi alimlərin nəzərinə görə kəbirə günahların sayı 7-dir. Bəzilərinə görə 10-dur. Bəzilərinə görə isə 19 və ondan da çoxdur. Kəbirə günahların saylarının fərqli olmasının səbəbi ondadır ki, bütün kəbirə günahlar eyni deyildir. Bəlkə bəzilərinin əhəmiyyəti daha mühümdür, başqa sözlə desək əkbəri-kəbayirdir, bəzilərində isə ələmli əzabın şiddəti baxımından, daha azdır. /Deyerler.org/ Oxşar xəbərlər
|