Kiməsə təkəbbürlülük edən şəxs, ehtiyac əlini həmin insana uzada bilər
Mьəllif: admin1
Tarix: 10-02-2019, 20:21
Kiməsə təkəbbürlülük edən şəxs, ehtiyac əlini həmin insana uzada bilər
Bir gün İmam Kazım (ə) toz-torpağa bulaşmış bir şəxsin yanından keçirdi. Ona salam verir və yanında əyləşir. Uzun müddət söhbət edirlər. Sonra İmam (ə) həmin şəxsə buyurur ki, mən sizə xidmət etmək üçün hazıram. Hər nə işin varsa de, yardım edim.

Bir nəfər İmam Kazıma (ə) deyir: “Təəccüblüdür. Siz bu şəxsin yanına gəldiniz və onunla yoldaş oldunuz. İndi də ona xidmət etmək istəyirsiniz? Halbuki, o, sizə xidmət etməyə daha layiqlidir”.

İmam (ə) isə həmin şəxsin cavabında buyurur: “Bu şəxs – Allah bəndələrindəndir. Allahın Kitabına görə din qardaşımdır və Allah şəhərlərindəki qonşumdur. Mənim və onun atası – Həzrət Adəm (ə) eynidir. O, ən yaxşı atadır. Ən üstün din – İslam dinidir.

Ola bilsin ki, ruzigar dəyişsin və biz ehtiyac əlimizi ona tərəf uzadaq. Allah bizi, ona qarşı qürurlandığımız üçün, alçaldar”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031