İnsanın bu hərisliyi dinimizdə bəyənilir
Mьəllif: admin1
Tarix: 12-02-2019, 20:34
İnsanın bu hərisliyi dinimizdə bəyənilir
Dinimiz hərislik sifətini rəzil sifətlərdən hesab edir və ondan çəkindirir. Ancaq elm öyrənməyə, təhsil almağa həris olanları mədh edir və tərifləyir. Deməli, insanın elmə olan hərisliyi rəzil deyil, əksinə – fəzilətli sifətdir.

Bu səbəbdəndir ki, Məsumlarımız (ə) bizi elm öyrənməyə və bu sahədə əldə etdiklərimiz ilə qənaətlənməməyə dəvət etmişdilər. Müsəlman daima elm axtarışında olmalı və Çində olsa belə, elm öyrənməyə getməlidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Beşikdən qəbrə qədər elm öyrənin”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa hədisdə buyurur: “Elm axtaran və mal axtaran heç bir zaman doymaz”.

İmam Sadiq (ə) elmə həris olmağı möminin nişanələrindən hesab etmişdir.

Mərhum Sədrul-mütəllihin, “Elm öyrənmək bütün müsəlmanlar üçün vacibdir” hədisinin şərhində buyurmuşdur: “Bu hədisdən aydın olur ki, insan elmin hansı dərəcəsində olursa-olsun, daha ali dərəcəyə çatmaq üçün səy göstərməlidir. Elm axtarmağın sonu olmaz. Ona görə də elm öyrənmək hər müsəlman üçün vacibdir: istər cahil olsun, istər elmi naqis olsun, istərsə də başqaları ilə müqayisədə daha ali elmə malik olsun”.

Hədisdən göründüyü kimi, müsəlman əldə etdiyi elmlə qənaətlənməməlidir. Daha çox elm əldə etmək üçün səy göstərməlidir. Bu yolda hərislik etmək – bəyənilən sifətlərdəndir. İnsan üçün daha böyük üfüqlərin qapısını açar.

Əgər alimlərin həyatına nəzər salsaq, bu deyilənlərin nə qədər doğru olduğunu görərik. Tarix boyu böyük alimlər həmişə elm sahəsində səy etməyə davam etmişdilər və elm öyrənmək və başqalarına öyrətmək – onlar üçün İlahi bir hədəf olmuşdur.

Ayətullah Şeyx Ğulamrza Yəzdi hər gün məsciddə namaza imamlıq edər və mədrəsədə tədris edərdi. O zaman ki, alim olan oğlu ümrə səfərindən qayıdan zaman vəfat edir, o, bu kədərin müqabilində də, tədris prosesini dayandırmır.

Ayətullah Bəhayəddin buyurur: “O zaman ki, mədrəsədə tədris edirdim, əgər qar, yağış, külək olsaydı belə, azandan əvvəl orada olardım. Tədrisimi başladardım. Mədrəsəyə gedən zaman birbaşa getməzdim, dolayı yollarla gedər və mütaliə edərdim. Bu zaman heç kəs mütaliəmə mane olmazdı”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031