İnsanın özü ilə rabitəsi necə olur?
Mьəllif: admin1
Tarix: 13-02-2019, 12:53
İnsanın özü ilə rabitəsi necə olur?
İnsanın başqa varlıqlarla rabitəsi olduğu kimi, öz nəfsi ilə də rabitəsi vardır. Bəs insanın özü ilə rabitəsi nə deməkdir? Nəfsi ilə bədəninin rabitəsidirmi?

İnsan, özünü tanımağı bacaran varlıqdır. İnsan nəfsinin bədəni barəsində agahlıqları vardır. Bununla yanaşı, insanın öz əməl və rəftarlarının keyfiyyət və necəliyinə görə də elmi vardır. İnsan, öz iradəsindən, niyyətindən, şadlığından, kədərindən və s. agahdır.

Bəzən insan özünə xəyanət edər və özünü aldadar. Bu zaman əslində özünə xəyanət edir.

İnsanın özü ilə rabitəsini iki dəstəyə bölürlər: tanıma rabitəsi və əməli rabitə. Tanıma rabitəsi odur ki, insan özünü tanısın və özü barəsində hökmlər versin. Əməli rabitə isə insanın özünə qarşı əməllərinə şamil edilir.

Əmirəl-möminin (ə) buyurur: “İnsan elmində elə bu kifayətdir ki, özünü tanısın. İnsan cəhalətində elə bu kifayətdir ki, özünə qarşı cahil olsun”.

Mühasibə, etiraf, tərbiyə və digərləri – bunlar o mövzulardır ki, insanın özünü tanımasına aid edilir. Özünü tanıyan insan özünü hesaba çəkər, özünün pis əməllərini etiraf edər, nəfsini islah və tərbiyə etməyə çalışar.

Əməli rabitədə isə insanın özü ilə bağlı fəaliyyətləri nəzərə alınır.

İnsan gördüyü əməllərində ya özünə zülm edər, ya da xeyir verər. Bu səbəbdəndir ki, insanların bəziləri yaxşı əməl sahibləridir, bəziləri pis əməl sahibləri.

Özünə zülm etmək – nəfsinə xəyanət etmək, özünü aldatmaq, özü ilə düşmənçilik etmək, özünü küfrə salmaq... kimi əməllərdir. Özünə xeyir vermək – insanlara yaxşılıq etmək, şükür edən olmaq, nəfsini tərbiyə etmək, istiğfar... və bu kimi əməllərdir.

Özünə zülm etmək xusranla sonlanar. Xeyir və ehsan isə əksinə, insanı bir çox bəlalardan xilas edər və Allaha yaxınlaşdırar, axirətdə ona nicat verər. Özünə zülm edən insan ömür sərmayəsini zay edər. Lakin özünə ehsan edən insan, İlahi qürb məqamına çatar.

İnsanın özünə zülm etməsi – əxlaqi cəhətdən mənfi əməldir. Lakin əksinə, insanın özünə ehsan etməsi – əxlaqi cəhətdən müsbət əməldir.

Bəli, insanın başqa varlıqlarla rabitəsi olduğu kimi, özü ilə də rabitəsi mövcuddur. Bu rabitə iki yerə bölünür: tanıma və əməl rabitəsinə. Tanıma rabitəsində insan özünü və kim olduğu tanımalı və özü barəsində hökmlər verməyə qadir olmalıdır.

Əməl rabitəsi isə insanın özünə rəva bildiyi əməllərə şamil olunur. İnsan özünə ya zülm edir, ya da ehsan. Özünə zülm edən insan ömür sərmayəsini yersiz işlərə xərclədiyi üçün, ziyana uğrayanlardan olar. Özünə ehsan edən insan isə İlahi qürb məqamına çata bildiyi üçün, xilas olanlardan olar.

Allah Təala bizləri xilas olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031