Bu xüsusiyyət insanı ipəkqurduna çevirər
İmam Sadiq (ə) buyurur: “Həris iki sifətdən məhrum olmuşdur və nəticədə iki şey onunla olar: qənaətdən məhrum olar və nəticədə rahatlığı əldən verər. Razı olmaqdan məhrum olar və nəticədə yəqini əldən verər”.
İmam Əli (ə) buyurur: “Hərislik insanı bir çox eyiblərə düçar edər”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “Ən ehtiyacsız olan ehtiyacsız – o kəsdir ki, hərisliyin əsiri olmaz”. İmam Baqir (ə) buyurur: “Hərisin dünyaya məsəli – ipəkqurdunun məsəli kimidir. Hər nə qədər ətrafına sarıyarsa, ondan xaric olmaq onun üçün daha çətin olar və qüssədən ölər". İmam Əli (ə) buyurur: “Ən zəlil insan o kəsdir ki, tamahkar, vəsvəsə edən və həris olar”. İmam Hüseyn (ə) buyurur: “Nə haramdan çəkinmək ruziyə mane olar, nə də hərislik ruzini çoxaldar. Bölünmüş ruzi və əcəl – qətidir. Hərislik günaha tərəf çəkər”. İmam Əli (ə) buyurur: “Hərislikdən, qənaətlə intiqam al. Necə ki, düşməndən qisasa görə intiqam alırsan”. İmam Əli (ə) buyurur: “İnsanın ən qəribə üzvü qəlbidir. Qəlbdə hikmətin və ziddi-hikmətin mənbələri olar. Əgər arzu ona çatarsa, tamah onu xar edər. Əgər tamah onda baş çıxardarsa, hərislik onu məhv edər. Əgər ümidsizlik ona hakim olarsa, qüssə onu öldürər. Hər çatışmamazlıq onun üçün ziyanlıdır və hər həddini aşmaq onun üçün məhvedicidir”. İmam Əli (ə) buyurur: “Həqiqətən, simiclik, zülm və hərislik müxtəlif meyillərdir ki, Allaha sui-zənn onları cəm edər”. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Qorxaq ilə məsləhət etmə. Çünki o, çətinlikdən çıxış yolunu sənin üçün dar edər. Simic ilə məsləhət etmə. Çünki o, səni hədəfindən saxlayar. Həris ilə məsləhət etmə. Çünki o, həris olmağı nəzərində gözəlləşdirər”. İmam Əli (ə) buyurur: “Hərislik, təkəbbür və paxıllıq – günaha batmağın əlamətləridir”. /Deyerler.org/ Oxşar xəbərlər
|