Başqa dinin davamçılarından kim behiştə düşəcək?
Mьəllif: admin1
Tarix: 15-02-2019, 19:46
Başqa dinin davamçılarından kim behiştə düşəcək?
Başqa dinin davamçıları o zaman ki, öz peyğəmbərlərinə (ə) iman gətirir, saleh əməllər yerinə yetirir və vacibatlara əməl edirlərsə – o zaman qətiyyən cəhənnəm əhli olmazlar.

“Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar”.(“Bəqərə” 62).

Ancaq bir şərtlə ki, İslam Peyğəmbərinin (s) risalətindən əvvəl yaşamış olsunlar. Belə ki, əgər Peyğəmbər (s) məbus olduqdan sonra ona iman gətirməzlərsə və öz dinlərində qalıb, inadkarlıq edərlərsə – o zaman onların behişt əhli olması sual altına düşər.

O kəslər ki, Həzrət Peyğəmbəri (s) və İslam dinini agahcasına tanıyar və onu rədd edərsə və öz kamil olmayan məktəbinə davam edərsə – Allahın qəzəbinə düçar olar.

“Məgər (sənin dəvətini inkar edənlər hərtərəfli dəlillər göstərilib tamamlandıqdan sonra) Allahın (əmrinin) ağ buluddan olan kölgəliklər içərisində onlara gəlməsini, (əzab) mələklərin(in) gəlib yetişmələrini və işin (onların həlak olmalarının)bitməsini istəyirlər?! Bütün işlər Allaha qaytarılacaqdır”. (“Bəqərə” 210).

“Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir və intiqam sahibidir”. (“Ali-İmran” 4).


“Şübhəsiz, ayələrimizi (Qur’anı) və (tövhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir”.
(“Nisa” 56).

“Biz (Qur’andan öncə) onlara (səmavi) kitablar verməmişdik ki, onu oxuyalar və səndən öncə də (İsanın (ə), ya İbrahimin (ə) zamanından indiyə kimi) onlara bir qorxudan (peyğəmbər) göndərməmişdik (ki, ona əsaslanaraq səni təkzib edələr, əslində onların inkarları inadkarlıq üzündəndir)”. (“Səba” 44).

Beləliklə, Quran ayələrinə əsaslanaraq deyə bilərik ki, o kəslər ki, İslam Peyğəmbərinin (s) risalətinə qədər öz dinlərinə itaət edib, saleh əməllər yerinə yetiriblərsə – onlar nicat tapanlar və behişt əhlidirlər.

Ancaq o kəslər ki, İslam dinindən sonra onu inadkarlıqları üzündən inkar edib, qəbul etməyiblərsə və bu dinin davamçılarını məsxərə ediblərsə – onları İlahi əzab gözləyir.

Əlbəttə ki, əgər bir kəs mübarək dinimiz barədə xəbərsizdirsə, ona hüccət tamam olmayıbsa – Allah Təala onu imanına və əməlinə uyğun olaraq, mükafatlandıracaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031