1 pay – bütün yaranmışların, 99 pay isə…
“Buyurdu: «(Xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam»”. (“Əraf” 156).
Allahın rəhməti deyildikdə, maddi və mənəvi nemətləri nəzərdə tutulur ki, bu nemətlər həm kafirlərə və həm də möminlərə şamil olar. Hər kəs bu nemətlərdən faydalanar və bəhrələnər. Ancaq Qiyamət günü Allahın rəhməti ona itaət edib, onu razı salanlara şamil olacaqdır. Kafirlər, müşriklər bu rəhmətdən məhrum olacaqlar. “Həqiqətən, öz əhd-peymanları və andları(nı – dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır”. (“Ali-İmran” 77). Ancaq Allahın xüsusi rəhməti vardır ki, yalnız möminlərə şamil olunar. “Allah Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf, mərhəmət sahibidir”. (“Bəqərə” 105). Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allahın İlahi rəhmətinin ölçüsünü bilsəydiniz, ona güvənərdiniz”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allahın yüz rəhməti vardır və onun biri bütün xəlq üçün kifayətdir. 99 rəhməti isə övliyaları üçün qərar vermişdir”. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü günahkar bəndəni hesab səhnəsinə daxil edərlər. O, xatalarının çox olmasına görə ağlayar. Ona xitab olunar ki, niyə ağlayırsan? Cavab verər: “Ona görə ki, rüsvay olmuşam və xəlq günahlarımdan agah olubdur”. Ona deyilər: “Dünyada günah edib, gülürdün. Biz səni o halınla rüsvay etmədik. İndi ki, günah etməyib ağlayırsan, səni necə rüsvay edə bilərik ki?”. Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “O zaman ki, Qiyamət günü gəlib çatar, Allah Təala rəhmətini elə genişləndirər ki, İblis də onun rəhmətinə tamah edər”. /Deyerler.org/ Oxşar xəbərlər
|