Donuz ətinin haramlığı – fiziki və mənəvi səbəblər
Mьəllif: admin1
Tarix: 16-02-2019, 10:42
Donuz ətinin haramlığı – fiziki və mənəvi səbəblər
Donuz çox çirkli bir heyvandır və qeyrətsizlik simvolu kimi tanınır. Yeməyi zibildən və bəzən də öz tullantılarından olar. Bundan başqa bu heyvanın bədənində iki təhlükəli qurd yaşayır ki, biri trixinella qurdudur və biri də tenya qurdudur.

Trixinella qurdu bir ay içərisində 15 min yumurta qoya bilir. Bir kiloqram donuz ətində bu qurdun 400 milyon yumurtası olur. Bu qurd insanda çox sayda xəstəliklərin yaranmasına şərait yaradır. O cümlədən: qan azlığı, baş gicəllənməsi, ürək bulanma...

Tenya qurdu da çox təhlükəli qurddur və yumurtaları donuzdan insan bədəninə rahatlıqla daxil ola bilir. O, donuz əzələlərinin üst qatında yaşayır və insan bədəninə daxil olur.

Bu qurd ağ rəngli olub, dörd tərəfdən sorucu borulara malikdir və onun bağırsaqlardakı uzunluğu bəzən 12 metrə belə, çata bilir. Nəticədə bağırsaq keçilməzliyi yaradır və insanı bu yolla məhv edə bilir. Bəzən də qanla insan ürəyinə və beyninə daxil olub, orada kist yarada bilir.

Bəziləri deyir ki, bu günün elmi və texnologiyası ilə həmin qurdların hamısını məhv etmək olar. Donuz ətini onlardan təmizləmək olar. Hətta ehtimal etsək ki, yüksək hərarətin nəticəsində həmin qurdlar məhv oldular, ancaq yenə də bu ətin ziyanlı olması özü-özlüyündə qalmaqda olur.

Çünki hər bir heyvanın özünəməxsus sifətləri olar. Hər kim onun ətindən istifadə edər, istər-istəməz bu heyvanın əxlaqi sifətləri ona təsir edər. Nəticədə hər kim donuz əti yeyər, onda qeyrətsizlik hissi artar və o, namusunu qorumağa meyilli olmaz.

Şübhəsiz ki, Qərb ölkələrində yer alan əxlaqsızlıq amili, o cümlədən, həmin heyvanın ətindən çox istifadə olunduğu üçün meydana gəlmişdir.

“Həqiqətən (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir”. (“Bəqərə” 173).

Beləliklə, donuz ətinin haramlığının həm fiziki, həm də mənəvi səbəbləri vardır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031