Reinkarnasiya (ruhun başqa bədənə keçməsi) və rəcət mövzusu eynidirmi?
Mьəllif: admin1
Tarix: 16-02-2019, 16:18
Reinkarnasiya (ruhun başqa bədənə keçməsi) və rəcət mövzusu eynidirmi?
Rəcət mövzusunu bəzən tənasüx mövzusuna bənzədir və onunla müqayisə edirlər. bu, kökündən səhvdir. Yadda saxlamaq lazımdır ki, bu mövzular mahiyyətcə bir-biri ilə fərqlənir. Belə ki, rəcət mövzusunda İslam dini buyurur ki, rəcət Allahın iradəsi ilə baş verir, dünya Allahın bir məxluqu kimi tanıdılır, məad mövzusu qaldırılır.

Ancaq tənasüxu təlim verən məktəblərin nəzərinə görə, Yaradan kənara qoyular. Burada ruhun və dünyanın əzəli və əbədi olması əqidəsi təlim olunar. Bu insanların məada inamları olmaz.

Ona görə də bu zahiri fərqlər belə, onların tamamilə ayrı mövzular olduğunu isbat edər.

Tənasüx məktəbinin nəzərinə görə, ruh – əzəli və əbədidir. Onların nəzərinə görə, ruh öz sonsuzluğunu bir qəlibdən çıxıb, başqasına girməklə, bir bədəndən çıxıb, başqa bədənə keçməklə sübut edir. Yəni, həmişə olmuş və olacaqdır da. Ruh fani olmaz, sadəcə bir cisimdən başqasına daxil olar.

Ancaq İslam dininin nəzərinə görə, ruh və ya nəfs əzəli deyildir. Yəni, sonradan yaranandır. Ruh, bədən formalaşdıqdan sonra ona daxil olur. Yəni, əzəli deyildir, sonradan xəlq edilir.

Əslində tənasüx əqidəsi məadı inkar etmək üçün meydana gəlmişdir. Bu məktəb məadı qəbul etmədiyi üçün, onu insanlara çatdıran zaman müəyyən sübutlar gətirməyə məcburdur. Bu sübutların biri – həmin tənasüx əqidəsidir.

Bunların əqidəsinə görə, insanın sonrakı cismidə kim olacağı, onun rəftar və əməllərindən asılıdır. Guya tənasüx insanlara yeni fürsətlər verər ki, keçmiş pis əməllərinin əvəzini ödəyə bilsinlər.

Rəcət isə əksinə, məada inanan bir məktəbdir. Məadı əvəzləyəcək heç bir şeyi qoymaz. İnsanın bu dünyadakı ömür sərmayəsi sona çatan zaman, ruhu o biri aləmə köçər. Bu həyatı dünya həyatından tamamilə fərqlənər.

Tənasüx məktəbi isə deyir ki, insan ruhu ancaq bu dünyada olur. Ancaq bu dünyanın qanun və qaydalarına tabe olur. İnsan üçün dünya həyatının sonu yoxdur. Təbii ki, bu, elementar məntiq ilə uyğun gəlmir.

Beləliklə, bu fərqlər göstərir ki, rəcət tamamilə başqa bir mövzudur, tənasüx isə başqa bir mövzu. Onların bir-birinə bənzəyən heç bir tərəfi yoxdur.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031