Ənuşirvan şahın vəzirinin dahilik məcunu
Mьəllif: admin1
Tarix: 18-02-2019, 22:10
Ənuşirvan şahın vəzirinin dahilik məcunu
Nəql edirlər ki, bir gün Ənuşirəvan vəzirlərindən birinə çox qəzəblənir və onu zindana atdırır. Əyninə kobud paltar geyindirir və zəncirə vurur. Hər gün su və quru çörəkdən başqasını ona yemək üçün vermirlər. Casuslarına əmr edir ki, onun hərəkət və danışıqlarını izləsinlər və ona xəbər versinlər.

Ənuşirəvanın bu vəziri hikmət əhli və imanlı insan idi. Bu vəzir bir müddət zindanda bu halda qalır və dilini şikayət üçün açmır. Heç kəsdən yardım istəmir.

Ənuşirəvan bu işin qəribə olduğunu görüb, bir dəstə saray əhlini onun yanına təftiş üçün göndərir. Onlara deyir ki, gedin halını soruşun və sözlərinin hamısını mənə çatdırın.

Saray əhli bu müdrik vəzirin yanına gəldilər və dedilər: “Neçə müddətdir ki, burada əzab və əziyyət içindəsən. Ancaq üzünün rəngi heç dəyişməmişdir və zindana düşdüyün ilk gündə olduğun kimisən. Bunun səbəbi nədir?”.

Vəzir deyir: “Bu səbrimin səbəbi bir məcundadır ki, onu özüm üçün hazırlamışam və hər gün ondan istifadə edirəm”.

Soruşurlar ki, bəs bu məcunun içində nə vardır?

Vəzir deyir: “Bu məcunun ilk hissəsi – Allahın kərəminə etimaddır.

İkincisi – İlahi təqdirə razı olmaqdır.

Üçüncüsü – mətanət göstərməyi bu imtahan üçün ən yaxşı vasitə hesab etdim.

Dördüncüsü – ümidim vardır ki, hər bir çətinlikdən sonra bir fərəc vardır.

Beşincisi – əgər səbir etməsəm, nə edəcəyəm ki?

Altıncısı – halları məndən də ağır olanlara diqqət etdim”.

Şahın göndərdiyi adamlar onun sözlərini olduğu kimi şaha çatdırdılar və o, bu sözləri eşidib təsirləndi və vəziri zindandan azad edib, əvvəlki vəzifəsinə qaytardı.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031