Bu insanın əxlaqını İmam Hüseyn (ə) islah etdi
Mьəllif: admin1
Tarix: 19-02-2019, 16:05
Bu insanın əxlaqını İmam Hüseyn (ə) islah etdi
Hədislərimiz buyurur ki, insanı başqaları yanında sevimli və məhbub edən sifətlərdən ən mühüm olanı – xoş əxlaqa və xoş xasiyyətə malik olmaqdır. Xoş əxlaqlı insan başqalarını özünə maqnit kimi çəkər.

Əbul-Qasim Şəhbaz adlı bir yazar, öz dostu haqqında yazır: “Dostum o qədər gözəl əxlaqa malikdir ki, onun nuraniliyini bütün insanlar hiss edirlər. O yerdə ki, əyləşir, insanlar onu dövrəyə alırlar. Ona görə də adını “İmamzadəyi-səyyar” qoyublar. Bütün bu ehtirama baxmayaraq, çox sadə insandır.

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: “Həqiqətən də xoş xasiyyət – dostluq və məhəbbəti təmin edəndir. Xoş üzlü olmaq – kini aradan aparandır”.

Kərbəladan təzə gələn zaman onu görməyə getmişdik. Səfər haqqında danışan zaman dedi: “Həzrət Əba Abdullahın (ə) zərihinin kənarında əyləşmişdim, təsbih zikr və sayırdım. Dedim: “Ya İmam Hüseyn! Mənim əxlaqımda o qədər eyiblər və nöqsanlar vardır ki, gərək yerini gözəl əxlaqla dolduram. Bilirəm ki, bu iş – sizin işinizdir. Eyiblərimdən biri budur ki, əsəbiləşən zaman özümü kontrol edə bilmirəm”.

Kərbəladan təzə gəlib çatmışdım ki, uşaqlarımdan biri topla evin pəncəsinin şüşəsini sındırdı. O birisi isə ondan da pis iş gördü.

Adətən belə zamanlarda çox əsəbi olurdum. Gördüm ki, bu dəfə vəziyyət başqadır və içimdə bir aramlıq vardır. Sanki heç bir hadisə baş verməmişdir. Uşaqların səs-küyü də artıq məni əsəbiləşdirmirdi. Xülasə, başa düşdüm ki, İmam Hüseyn (ə) özmübarək işini görmüşdür”.

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, Allahın bir müsəlmana verə bləcəyi ən fəzilətli şey nədir? Həzrət (s) buyurur: “Gözəl xasiyyət”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031