Behiştdə evlənməklə dünyada evlənməyin fərqi
“Behiştdə də saraylar və vəzifələr vardır, ancaq dünyada olduğu kimi deyildir. Orada ləzzət daha çoxdur. Allah möminlər üçün nələri hazır etmişdir. Səbəbsiz deyildir ki, dualarda bu cür deyilir: “Allahım! Hurini mənimlə evləndir”.
Behiştdə huruleynlə evlənmək dünyadakı kimi deyildir. İnsan bu evliklik zamanı Allahı daha çox yada salar və zikr edər. Nəql edilir ki, qoca bir qarı Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ya Rəsulallah (s)! Dua edin ki, behişt əhli olaq”. Həzrət (s) də zarafatla ona buyurur: “Qoca qarılar behiştə getmirlər”. Qoca qarı çox narahat olur və yalvarmağa başlayır. Həzrət (s) onu sakitləşdirib buyurur: “Qoca (orada) cavan olacaq və behiştə daxil olacaqdır. O zaman ki, behiştə daxil olacaq, qadın 16 və kişi 33 yaşında olacaqdır. Əbədi olaraq da bu halda qalacaqdır”. Ümmi Sələmə nəql edir ki, Peyğəmbərə (s) sual verirlər ki, o qadın ki, iki dəfə ərə getmişdir, behiştdə necə olacaqdır? Həzrət (s) buyurur: “İxtiyar qadının əlindədir. Bu kişilərin biri ilə evlənə bilər”. Bəs dünyadakı evlilik ilə behiştdəki evliliyin fərqi nədədir? Heç kəs düşünməsin ki, dünyada olduğu kimidir. Əslində çox fərqlidir. Birinci fərq budur ki, şəhvəti dəf etmək qəflət gətirər. Ancaq behiştdə evlənmək zikr və yada salmaq olar. Behiştdəki mahnılar – Allahın zikri və təsbihidir. Behiştlilər əgər öz həyat yoldaşları ilə evlənirsə, iki mömin əbədi olaraq bir-birinə qovuşar. Səyid ibni Musib nəql edir ki, İmam Səccadı (ə) hamamdan sonra gördüm ki, yuyunub ətirləndi və gözəl libasını geyindi. Soruşdum ki, hara gedirsiniz. Buyurdu ki, Məscidun-Nəbiyə namaz qılmaq üçün gedirəm. Dedim ki, axı indi namaz vaxtı deyildir. Həzrət (ə) buyurdu: “İstəyirəm ki, huruleynə elçilik edəm”. Bəli, insan əgər bütün çirkinliklərdən: həm zahiri və həm də batini pak olarsa, behiştdə Allah onu huruleynlə evləndirər”. (Ayətullah Dəstğeybin hekayələrindən) /Deyerler.org/ Oxşar xəbərlər
|