İmam Rzaya (ə) zəhərli qılıncla hücum edən zalımlar, nəyin şahidi oldular?
Mьəllif: admin1
Tarix: 22-02-2019, 11:19
İmam Rzaya (ə) zəhərli qılıncla hücum edən zalımlar, nəyin şahidi oldular?
Əbu Həbib Hərsəmə - Məmunun işçilərindən idi. Amma həm də İmam Rzanı (ə) sevənlərdən idi. O, nəql edir: “Məmunun sarayında şayiə yayılır ki, İmamı (ə) öldürüblər. Ancaq bu xəbərin doğruluğunda şəkkim var idi. Saraya getdim.

Məmunun nökərləri arasında Səbih Diləmi adlı bir nəfər var idi və o, məni görən kimi, bir kənara çəkib dedi: “Keçən gecə Məmun bizi yanına çağırmışdı. Sarayında o qədər şam yandırmışdı ki, elə bil gündüz idi. Zəhərə batılrılmış qılıncları gördük.

O, bizdən əhd aldı ki, ona itaət edəcəyik və dediklərini yerinə yetirəcəyik. Bizə əmr etdi ki, hər birimiz bu qılınclardan birini götürək və İmamın (ə) evinə gedək. Onu əhatəyə alıb, qılıncla tikə-tikə edək. Əgər bu işi görsək, Məmun bizə on kisə pul və on mülk hədiyyə edəcəkdir.

Biz də onun əmr etdiyi kimi İmamın (ə) evinə getdik və İmam (ə) yataqda idi.

Onu qılınclarımızla tikə-tikə etdik və qanını yatağın örtüyü ilə silib, saraya qayıtdıq. And verdik ki, Məmunun əmrini yerinə yetirmişik. Məmun çox şad oldu.

Sabahı günü Məmun qara paltar geyinib, özünü əza əhli kimi göstərməyə çalışırdı. Mən İmamın (ə) otağına tələsirdim və yolda Məmunu gördüm. O da İmamın (ə) otağına gedirdi. Biz otağa daxil olmazdan əvvəl Həzrətin (ə) səsini eşitdik. Məmun yerində donub qalmışdı.

Mənə əmr etdi ki, İmamın (ə) salamat olduğunu ona xəbər verim. Mən otağa daxil olanda İmam (ə) ibadətlə məşğul idi və məni görən kimi buyurdu: “Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir”. (“Tövbə” 32).

Sonra buyurdu: “Allaha and olsun ki, onların hiyləsi bizə ziyan vurmaz o zamana qədər ki, əcəlimiz gəlib çatar””.

Səbih deyir: “Mən qayıtdım və İmamın (ə) sağ olması barədə xəbəri Məmuna verdim.

Sonra yenidən İmamın (ə) yanına qayıtdım. İmam (ə) mənə buyurdu: “Bu mövzunu heç kəsə danışma. Məgər o kəsə ki, qəlbi bizim sevgimiz və vilayətimizlə dolu olsun”.

Mən də razılaşdım”.

Allah Təala Əhli-Beytlə (ə) düşmənçilik edənlərin əzablarını artırsın və bizləri imamətin yolunda sabitqədəm olanlardan qərar versin, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031