Qibtə olunmağa layiq olan insanlar
Qibtə – fəzilətli sifətlərdən olub, möminlərə nisbət verilir. Bu sifət haqqında Məsumların (ə) fikirlərini öyrənək.
İmam Sadiq (ə) buyurur: “Mömin qibtə edər və (amma) həsəd aparmaq. Münafiq həsəd aparar və qibtə etməz”. Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “O kəsin ki, bu günü dünənindən daha yaxşı olubdur, qibtə olunmağa layiqlidir”. İmam Əli (ə) buyurur: “Qibtə olunmağa layiqli olan kəs odur ki, yaxşı iş görmək üçün irəlidə olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Həzrət Musa (ə) ərşin yaxınlığında bir kişini görür və onun məqamına qibtə aparır. Onun haqqında sual verir və ona cavab verirlər ki, o, Allahın insanlara verdiyi fəzlə həsəd aparmır”. İmam Əli (ə) buyurur: “Həqiqətən ziyankar o kəsdir ki, ömrünü yersiz yerə tələf edər. O kəs ki, ömrünü Allaha itaət yolunda sərf edər – qibtə olunmağa layiqlidir”. İmam Sadiq (ə) buyurur: “Sizin üçün təqva, səy, doğru danışmaq, əmanətdarlıq, öz məzhəbinə çəng vurmaq lazımlıdır. Çünki sizlərdən hər biriniz can verən zaman onların qibtəsini çəkəcəksiniz”. Həzrət Peyğəmbər (s) buyurur: “Sizi o kəslərdən agah edimmi ki, nə peyğəmbərdirlər, nə də şəhidlər. Ancaq peyğəmbərlər (ə), şəhidlər Qiyamət günü onların məqamına qibtə aparacaqdır?”. Soruşurlar ki, onlar kimlərdirlər? Həzrət (s) buyurur: “Onlar o kəslərdir ki, Allah bəndələrini Allah yanında və Allahı bəndələri yanında məhbub edərlər. Onlara (bəndələrə) Allahın sevdiyi şeylərə göstəriş verər və Allahın sevmədiklərindən saxlayarlar”. /Deyerler.org/ Oxşar xəbərlər
|