Qibtənin, həsədin və həsrətin fərqi nədədir?
Mьəllif: admin1
Tarix: 27-02-2023, 10:35
Qibtənin, həsədin və həsrətin fərqi nədədir?
Qibtə, həsəd və həsrət insana aid olan sifətlərdir ki, onların bəzi günah hesab olunur? Bəs hansı?

Qibtənin lüğətdəki mənası sevinmək deməkdir. O zaman ki, insan özündən üstün sifətlərə malik olan birini görər, səy göstərər ki, onun kimi olsun. Bu amil onun kamala doğru hərəkət etməsinə təkan verər.

Ancaq həmin şəxsi məhv etmək heç bir zaman onun niyyətində olmaz. Qibtə fəzilət sifətlərindən hesab olunur və möminlərə xas sifətlərdəndir. Möminlər bir-birinə qibtə apararlar, ancaq həsəd etməzlər.

Bəs həsəd nədir? Həsədin lüğətdəki mənası özünü xar görməkdir. Ona görə çalışar ki, nemətə sahib olan başqa biri həmin nemətdən məhrum olsun və o da özünü xar hesab etsin.

Beləliklə məlum olur ki, qibtə nədir, həsəd nədir? Qibtə insanı kamala doğru hərəkət etdirər, həsəd isə əksinə – insanın inkişafdan dayanmasına və o cümlədən, aşağı səviyyəyə süqut etməsinə gətirib çıxardar.

Bəs həsrət nədir? Həsrət sözünün lüğətdəki mənası aşkar olmaqdır.

Qiyamət günü bütün həqiqətlər aşkar olacaqdır. Ona görə də Qiyamət gününü bəzən “həsrət günü” də adlandırırlar. Həsrət əslində qəm və qüssə mənasını verir. İnsan əldən verdiklərinə və ya əldə edə bilmədiklərinə görə həsrət çəkər və qəm yeyər.

“Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir”. (“Ali-İmran” 156).

Qiyamət o gündür ki, kafirlər, münafiqlər və müşriklər həsrət çəkəcək və qəm yeyəcəklər. Çünki həmin günü həqiqətlər aşkar olacaqdır. Bu həsrətin təsiri cəhənnəm atəşinin təsirindən daha böyük olacaqdır.

Ancaq həsrəti günah adlandırmaq olmaz.

Beləliklə deyə bilərik ki, qibtə və həsrət günah deyildir, həsəd isə bunların əksinə olaraq, insana çox sayda günah qazandıran rəzil sifətdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930