İmam Əli (ə) və nadan xurma satanın hekayəsi
Mьəllif: admin1
Tarix: 27-02-2023, 10:44
İmam Əli (ə) və nadan xurma satanın hekayəsi
Bir qadın xurma dükanının bayırında əyləşib, deyirdi: “Ey kişi! Mənim çarəm yoxdur, gəl rəhm et!”.

Satıcı üzünü ona tutub deyir: “Ey qadin! O qədər o yerdə əyləş ki, ayaqların göyərsin”.

Qadın üzünü dizlərinin arasında gizlədib, ağlamağa başladı və bu zaman bir səs eşitdi: “Ey qadin! Nə olmuşdur?”.

Qadın başını qaldırdı və İmam Əlinin (ə) nurani simasını başının üstündə müşahidə etdi. Dedi: “Ağam mənə bir dirhəm vermişdi ki, xurma alım.

Mən də gəlib bu kişidən xurma aldım. Ancaq həmin xurma ağamın xoşuna gəlmədi. İndi qaytarmaq üçün gətirmişəm, ancaq bu kişi qəbul etmir”.

İmam Əli (ə) üzünü xurma satana çevirib buyurdu: “Bu Allah bəndəsi – kənizdir. Özünün ixtiyarı yoxdur. Odur ki, xurmanı geri al və pulunu qaytar”.

Xurma satan bu sözləri eşidib qəzəbləndi və hətta İmamın (ə) mübarək sinəsinə yumruq vurmağa da cürət etdi.

Qadının ağlamaq səsi ucaldı. İnsanlar dükanın ətrafına toplaşdılar. Onlardan biri xurma satana səslənib dedi: “Ey kişi, heç bilirsən nə edirsən? O, Əmirəl-möminindir!”.

Xurma satan əli ilə başını döyməyə başladı və dedi: “Məni bağışlayın. Allaha and olsun ki, sizi tanımamışam!”.

İmam (ə) ona heç nə demədi.

Xurma satan qadının əlində olan xurmanı aldı və pulunu qaytardı.

İmam Əlidən (ə) üzr istəmək istəyəndə, gördü ki, artıq getmişdir...



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031