Bu xüsusiyyət depressiyadan uzaq olmağa yardım edir
Son tədqiqatlar göstərmişdir ki, cəmiyyətimizdə stress və təşviş kimi amillərin səviyyəsi artdığı üçün, bunların insanların ruhiyyəsində mənfi təsirləri, əvvəlki illərlə müqayisədə daha çox özünü göstərir. İnsan iztirab və depressiya kimi xəstəliklərə düçar olur və daima nigarançılıq və təşviş içində olur.
Ancaq bununla yanaşı, həyatdan ləzzət alan və hər anını dəyərləndirən başqa insanları müşahidə edə bilərik ki, onların bu cür həyat tərzi qibtə hissinə malik olmaqlarındadır. Bu insanlar özlərindən üstün sifətlərə malik olan insanlarla müsbət mənada geridə qalmamaq haldadırlar. Hədəfləri daha üstün keyfiyyət sahibinə çatıb, onun kimi kamil olmaqdır. Ona görə də başqa amillər: stress, nigarançılıq kimi amillər onların kənarından keçir və onlara təsir etmir. Bu insanların həyatda hədəfləri vardır və bu hədəf onları hərəkət etməyə vadar edir. Əgər başqaları kimi dayanmış olsalar, onlar da ruhi xəstələrin sırasında olarlar. Ancaq onlar hərəkət edir və bu səylərinə görə çox xoşbəxtdirlər və həyatları sevinclə keçir. “İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma, yaxud çoxtanrılığa əqidəsi olmayanlar, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır”. (“Ənam” 82). Bəli, bu insanlar – imana malik olan insanlardırlar. “Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur”. (“Fəth” 4). “Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer, nə qədər də pis bir yerdir!”. (“Ali-İmran” 151). “O zaman Rəbbin mələklərə vəhy edirdi ki: «Mən sizinləyəm! Odur ki, iman gətirənlərin qədəmlərini sabit edin. Tezliklə kafirlərin qəlblərinə qorxu salaram. Beləliklə, boyunlarına (başlarına) zərbələr endirin və barmaqlarının hamısının ucunu kəsin»”. (“Ənfal” 12). Bu ayələrdən göründüyü kimi, hər kim iman yarışında iştirak edər, Allah onun qəlbini aram və hüzurlu edər. Ancaq əksinə – insan küfr yarışına və həsədə qoşularsa, Allahı qəzəbləndirər və əzaba düçar olar. Allah da bu dünyada qəlbinə qorxu salar, axirətdə cəzalandırar. /Deyerler.org/ Oxşar xəbərlər
|