Hegemonluq etmək – heyvani ruhiyyədən qaynaqlanır
Hegemonluq ruhiyyəsində olan insanlar o heyvanlara bənzəyir ki, əgər ondan müdafiə olunsan, geri çəkilər. Amma əgər qaçsan, dalınca gələr. Ona görə də haqqı basılan insanlar əgər daima onlara hücum edən hegemon ruhiyyəli fərdlərdən müdafiə olunsalar, hegemonluq iddiasında olanlar heç bir zaman dallarınca düşməzdilər.
Bu insanların müxtəlif libasları vardır ki, hansı libasda olursa-olsunlar, onlardan müdafiə olunmaq lazımdır. Bu, haqla batilin mübarizəsidir. Əgər şeytanın ardınca gedənlərdən müdafiə olunulmasa, həyat zülmə və fəsada qərq olar. “Əgər Allah insanların bəzisini digər bəzilərinin vasitəsi ilə dəf etməsəydi, yer üzünü mütləq fitnə-fəsad bürüyərdi. Lakin Allah bütün aləmdəkilərə qarşı lütf və mərhəmət sahibidir”. (“Bəqərə” 251). Hegemonları yerinə oturtmaq üçün bəzi amillərə işarə edək: 1. Özünə etimad etmək. “Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz”. (“Ali-İmran” 139). Hegemonların zəif insalara təlqin etdiyi nəzərlərdən biri budur ki, əgər onlar zəngin və qüdrətli insanlara söykənməsələr, həyatlarını davam etdirməyə qadir olmazlar. İlahi peyğəmbərlər (ə) tarix boyu hegemonların bu yanlış nəzərlərini aradan qaldırmaq üçün insanları cəhalətdən xilas etməyə çalışmış və özlərinə və Allaha etimad etməyi öyrətmişdilər. Peyğəmbərin (s) dövründə də belə idi. Həzrət (s) gəldi ağ və qara dərilinin eyni səviyyədə olduğunu elan etdi, cəhalətin kökünü kəsdi. Bu zaman insanlar başa düşdülər ki, heç də hegemonların dedikləri düz deyilmiş. 2. Hegemonlara qarşı mübarizə aparmaq. “İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir”. (“Nisa” 76). 3. Müdafiədə səbirli olmaq. “Ey Peyğəmbər, möminləri cihada həvəsləndir. Əgər sizdən iyirmi nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onlar kafirlərin min nəfərinə qalib gələrlər. Çünki onlar anlamaz bir qövmdürlər (şücaət və bu kimi ruhu sifətlərin qüvvətlənməsinə səbəb olan tovhidi dərindən dərk etmirlər). İndi Allah (bir nəfərin on nəfərlə mübarizə etməsinin vacibliyi və bir nəfərin on nəfərdən qaçmasının haramlığını götürərək) vəzifənizi yüngülləşdirdi və sizdə (ruhiyyə və sayınızda) zəiflik olmasını bildi (əzəli elmi zahirdə həyata keçdi). Beləliklə, əgər sizdən yüz nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər və əgər sizdən min nəfər olsa, Allahın izni (və köməyi) ilə onlar iki min nəfərə qalib gələrlər. Allah səbirlilərlədir”. (“Ənfal” 65-66). Bu ayələrdən belə nəticəyə gəlmək olur ki, əgər insanlar müdafiədə səbirli olarlarsa, qələbə ümidi çox olar. Allah Quranda buyurur ki, Bəni-İsrayil ona görə Firona qalib gəlir ki, səbir edir. Hegemonların dəqiq bir baxışları yoxdur və onlar təhlükə hiss edən zaman ancaq qaçarlar. Lakin əqidəsi möhkəm olanlar səbirlə öz haqlarını müdafiə edərlər. /Deyerler.org/ Oxşar xəbərlər
|