Xəlifənin nökəri hansı səbəbdən Dəclədə ac qalmadı?
Mьəllif: admin1
Tarix: 27-02-2019, 16:05
Xəlifənin nökəri hansı səbəbdən Dəclədə ac qalmadı?
“Qabusnamə” kitabında insana ibrət verəcək əhvalatların sayı çoxdur ki, onların biri ilə tanış olaq. Bu kitab 475-ci qəməri ilində nəşr edilmişdir, müəllifi isə Əmir Ünsürül-Məali Keykavusdur.

Orta əsr xəlifələrindən birinin Fəth adlı bir nökəri vardı. O, müxtəlif sənət növlərindən agah idi. O zaman ki, Fəth üzməyi öyrənir, Dəclə çayı qaynamağa başlayır və onu özü ilə aparır.

Xəlifə bu xəbəri eşidən zaman çox qəmgin olur. Elan edir ki, əgər onu tapmasanız, mən yemək yeməyəcəyəm. Mahir üzgüçülər axtarışa başlayırlar. Ancaq ondan bir əsər tapmırlar. Bir həftə sonra onu Dəclə çayının kənarında olan yarıqların birində salamat halda tapırlar.

Onu götürüb xəlifənin yanına gətirirlər. Xəlifə çox sevinir və əmr edir ki, çoxlu yemək bişirsinlər. Çünki elə bilirdi ki, Fəth yeddi gündür ki, heç nə yeməmişdir.

Fəth deyir ki, toxdur.

Xəlifə deyir: “Məgər Dəclə suyundan doymaq olur?”.

Fəth deyir: “Xeyr, mən bu yeddi günü ac qalmamışam. Hər gün suyun üzərində bir qab çörək tapırdım və onu götürüb yeyirdim. O çörəyə görə sağ qalmışam.

Hər çörəyin üzərində belə sözlər yazılmışdı: “Muhəmməd ibni Hüseyn Əskafdan”.

Xəlifə əmr edir ki, həmin şəxsi axtarıb tapsınlar. O birisi günü bir kişi saraya gəlir və deyir ki, axtardığınız şəxs mənəm.

Xəlifə soruşur: “Necə isbat edə bilərsən?”.

Kişi deyir: “Mənim adım hər bir çörəyin üzərində həkk olunmuşdur”.

Xəlifə deyir: “Doğrudur, ancaq nə zamandan Dəcləyə çörək atırsan?”.

Kişi deyir: “Bir ildir”.

Xəlifə soruşur: “Niyyətin nədir ki?”.

Kişi deyir: “Bir məsəl eşitmişəm ki, yaxşılıq et və Dəcləyə at ki, sənə tərəf qayıdacaqdır. Mənim də əlimdən bu gəlirdi”.

Xəlifə deyir: “O şeyi ki, eşitmisən – əməl etmisən. Əməl etdiyinin də səmərəsini görmüsən”.

Xəlifə onu yaxşı mükafatlandırır”.

Sən yaxşılıq edib Dəcləyə at və o, sənə tərəf qayıdacaqdır!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031