Məscid tikintisi də adamı cəhənnəmə apara bilər – niyyətinə görə
Mьəllif: admin1
Tarix: 28-02-2019, 19:47
Məscid tikintisi də adamı cəhənnəmə apara bilər – niyyətinə görə
Əməlin dəyəri - niyyətin xalis olmasındadır, zahirində deyildir.

“Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid(Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır.

Allah pakları sevir. Belə isə öz (dininin) təməlini İlahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman əsasındadır və onun sonu cəhənnəmdir).

Və Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola yönəltməz”. (“Tövbə” 108-109).

Nəql edilir ki, bu ayələr Zirar məscidi ilə Quba məscidi barəsində nazil olmuşdur. Hər iki məscid müqayisə olunmuşdur. Belə ki, Quba məscidinin inşa edənlərin niyyəti ilə Zirar məscidini inşa edənlərin niyyəti tam fərqli olmuşdur.

Birinci dəstə - Quba məscidini tikənlər – ancaq Allah razılığını əldə etmək üçün bu məscidi inşa etmişdilər. Ancaq Zirar məscidi – əksinə, müsəlmanlar arasında təfriqə salmaq niyyətilə inşa olunmuşdur.

Ona görə də Allah buyurur ki, hər iki tikili zahirdə məscid kimi görünsə də, ancaq batinləri fərqlidir. Hansının batini pak və xalisdirsə, o məscid Allaha daha yaxın məkandır.

Bu mübarək ayələrdən belə nəticələr çıxartmaq olar:

1. Əməlin dəyəri niyyətin xalisliyindədir, zahirində deyildir.

2. Batil niyyətilə edilən əməl puç olar.

3. Bəzən məscid də belə, onu inşa edəni cəhənnəmə sala bilir.

4. İnsanların dini inanclarından sui-istifadə etmək zülmdür.

Zirar məscidinin hekayəsi belədir.

Bir dəstə zahirdə müsəlman, batində münafiq olanlar Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyirlər ki, bizə Bəni-Salim qəbiləsinin yanında, yəni Quba məscidinin yanında məscid tikmək üçün icazə verin ki, xəstə və güscüz insanlar orada namaz qılsınlar. Həmçinin yağışlı havada sizin məscisinizə gələ bilməyənlər bura gəlsinlər. Bu zaman Peyğəmbər (s) Təbuk döyüşünə gedirdi.

Həzrət Peyğəmbər (s) onlara icazə verdi və onlar istədilər ki, Həzrət (s) gəlib onların məcsidində namaz qılsın. Həzrət Peyğəmbər (s) buyurdu: “Hal-hazırda mən səfərə gedirəm. Allahın istəyi ilə qayıdan zaman sizin məscisinizə gələrəm”.

O zaman ki, Həzrət Rəsuli-Əkrəm (s) Təbukdan qayıtdı, onun yanına gəlib dedilər: “İndi xahiş edirik ki, bizim məscidimizə gələsiniz. Orada namaz qılıb Allahdan bizim üçün bərəkət istəyəsiniz”. Bu, o halda idi ki, Peyğəmbər (s) hələ Mədinənin qapısından daxil olmamışdı.

Bu zaman Allah Təala “Tövbə” surəsinin 107-108-ci ayələrini nazil edir.

“Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri «Zirar» məscidi nəzərdə tutulur).

Və onlar mütləq and içəcəklər ki: «bizim xeyir işdən başqa niyyətimiz olmayıb». Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir. Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir”. (“Tövbə” 107-108)

Allah Təala bu ayələrin vasitəsilə onların nifaqının üstünü açır. Bu ayələrdən sonra Həzrət (ə) əmr verir ki, Zirar məscidini (hansının ki, əslində niyyət baxımından məscid olmadığı məlum olmuşdu) yandırsınlar.

Quba məscidi isə günümüzdə də gözəl surətdə durur və möminlərin qəlblərini sevindirir.


(Ustad Qiraətinin dərslərindən)


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031