Mütailə etməyin faydaları – ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 1-03-2019, 18:53
Mütailə etməyin faydaları – ARAŞDIRMA
Bu gün çox təəssüf ki, kitab oxumaq mədəniyyəti cavanlar arasında aradan getmişdir və unudulmuşdur.

Halbuki, bu gözəl əməlin çox sayda faydaları vardır ki, sizləri onunla tanış edirik:

1. Ömrü uzadar. Kitab oxumaq insan ömrünü uzada bilər. 2016-cı ildə mütəxəssislər tərəfindən aparılan tədqiqat göstərmişdir ki, o kəslər ki, kitab oxumağı sevirlər, onlarda vaxtsız ölüm riski başqalarından 20% daha azdır.

2. Xəstəliklərin azalması. Bu gün həkimlər və mütəxəssislər bu qənaətə gəlib çatıblar ki, kitab oxumaq insanın cismi və ruhi xəstəliklərinin əlamətlərini azaldar. Qorxu, yuxusuzluq, çəkinin artması və xəstəxanalarda yatmaqdan qaynaqlanan iztirabları rahatlıqla aradan apara bilir.

3. Rahat yatmaq. Yatmazdan əvvəl kitab oxumaq adəti insanın rahat yatmasına şərait yaradar. Əvvəl bir-iki səhifə oxumağa çalışın və sonrakı günlərdə bu adətin yarandığını hiss edəcəksiniz. Mütəxəssislər deyir ki, oxuduğunuz kitab kağızdan olmalıdır, elektronik kitablar olmamalıdır.

4. Lüğət dairəniz genişlənər. Tədqiqatlar göstərir ki, uşaqlar öyrəndikləri sözlərin təqribən 15%-ni mütaliə etməkdən əldə edərlər. O uşaqlar ki, daha çox mütaliə edirlər, onların lüğət dairəsi də geniş olur.

5. Daha çox həmdərd olarlar. İnsan oxuduğu dastan və hekayələrdə həmin mövzuya qərq olar və onların yaşadıqlarını yaşayar. Ona görə də mütaliə etmək başqaları ilə həmdərd olmaq hissini gücləndirər.

6. Stressi azaldar. Tədqiqatlar göstərir ki, çay içmək 54%, piyada yerimək 42% stressi azaldar. Ancaq kitab mütaliə etmək isə stressi 68% azalda bilir.

7. İctimai rabitələri gücləndirir. Biz kitab oxuyan zaman müxtəlif təbəqələrə malik olan insanların dərk və hissləri ilə tanış oluruq. Bu da ictimai rabitələrdə bizə çox yardım edər. Həmin təcrübəyə dayanaraq, cəmiyyətdə rahat şəkildə rabitə qura bilərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031