“İlahi rəhmətdən ümidsiz olmaq küfrdür”
Bu sözləri Ayətullah Cavadi Amuli öz təfsir dərslərindən birində bildirib.
İnsanın ümidsizliyə qapanmasının küfr olduğunu qeyd edən Ayətullah Amuli bunları bildirib: "Sirlərin bir çoxu qiyamət günü insana aydın olacaqdır. Lakin o gün, əməl funksiyası insanın əlindən alınacaq. Bəlli deyil ki, qiyamət gəmisi nə vaxt sahilə çatacaq. Dünyanın təlatümlü dənizi sakitləşəndən sonra qiyamət gəmisinə daxil olacağıq. İlahi rəhmətdən ümidsüz olmaq küfrdür. Bu o zaman baş verir ki, insan heç kimin ona yardım edə biləcəyinə inanmır. İlahi qüdrətin hədsiz olduğu bir halda, bu cür düşünmək küfr hesab edilir". Ayətullah Amuli Yəmən böhranına da toxunaraq əlavə edib ki, heç kim inana bilmir ki, özlərini hərəm xadimi bilən bir dəstə digər müsəlman ölkəsinə hücum etsin. "Bu addım heç bir məntiqlə uzlaşmır. Bu addımın əmri kafir olan bir ölkə tərəfindən verilib. ABŞ-ın iqtidarı yalançıdır. Çünki 70 milyon qəbir onun ayağı altındadır. Bilməliyik ki, bu gücü insanlıq və ağıl yolu ilə əldə etməyiblər. Bu gün ABŞ nərə çəkir, hərəm xadimləri isə Yəmənə hücum edirlər". İslamazeri.com Oxşar xəbərlər
|