Həzrət Adəmin (ə) nəslindən əvvəl insanlar yaşamışdılarmı?
Mьəllif: admin1
Tarix: 3-03-2019, 23:38
Həzrət Adəmin (ə) nəslindən əvvəl insanlar yaşamışdılarmı?
Allah Təala Quranda buyurur: “Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə)zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən çoxlu kişi və qadın (törədib) yaydı.

Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir”. (“Nisa” 1).

Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: “Ayənin zahirindən belə başa düşmək olur ki, Həzrət Adəm (ə) və Həvva insan nəslinin atası və anasıdır. Yəni, insan adını daşıyan hər bir varlıq o ikisindən yaranmışdır.

Bəzi tarixlərdə oxuyuruq ki, insan növü xəlq olduğu gündən bəri yer üzərində təxminən 7 min ildir ki, ömür sürür. Ancaq torpaqşünaslar bu əqidədir ki, Yer kürəsi milyonlarla illər əvvəl xəlq olunmuşdur.

Onlar torpağın alt qatlarından tapdıqları insan skeletlərini tədqiq edib, bu nəticəyə gəliblər ki, bu insanlar Adəm (ə) ilə Həvvanın nəslindən deyildir. Bu insanlar təxminən 500 min il əvvəl yaşayıblar.

Quran insanın Yer kürəsində yaradılışının keyfiyyətini açıq-aşkar şəkildə bəyan etməmişdir. Ona görə də ehtimal verilir ki, bu məxluqlar, insanlar yer üzünə gəlməzdən əvvəl burada yaşayan canlılar olmuşdular. Sonra nəsilləri kəsilmiş və yerini insanlara vermişdilər”.

Bu ehtimalı təsdiq edən ayələrdən biri ilə tanış olaq: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam».

Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki, biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyib və nöqsanlardan) pak bilirik».

Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm»”. (“Bəqərə” 30).

İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, buyurur: “Yəqin ki, sizlər güman edirsiniz ki, Allah Təala sizdən başqa bəşər xəlq etməmişdir. Xeyr, belə deyildir. Bəlkə minlər və minlərlə insan xəlq olmuşdur ki, siz onların nəslinin axırıncısısınız”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031