Ortacalada Nəsimi ili – Şeir
Mьəllif: admin1
Tarix: 4-03-2019, 12:10
Ortacalada Nəsimi ili – Şeir

Xəfif, lətif külək əsir Ortacalada...
...Kür misallı – el daşdandı, oba yeridi.
Bircə əsim nəsim əsdi ümidlərimə;
bir adı da səhər mehi, səba yelidi.

Hələ üzü o tərəfə Yetim Gürcüdən
şairlərin yaraları dərin sayıldı.
Pullar öpdü qaşqasını aptekçilərin...
...neynim, mənim apteklərdə dərim soyuldu.

Xəfif, lətif külək əsir Optacalada,
Kür boyunca külli-karvan səsimi gəlir?
Bircə əsim nəsim əsir ümidlərimə,
elə bil ki, səhər-səhər Nəsimi gəlir...

Neynim, mənim apteklərdə soyuldu dərim,
dilim-dilim şairlərin dilidir, neynim.
Çınqı-çınqı, çıtır-çıtır... çınqırım çıxmır,
çıxmır, çünki il – Nəsimi ilidir, neynim!..

İbrahimxəlil

Ahlibeyt.ge


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031