Cəhənnəm nemətdirmi?
Mьəllif: admin1
Tarix: 4-03-2019, 14:37
Cəhənnəm nemətdirmi?
Qurani-Kərimdə belə bir buyuruş var ki, cəhənnəm nemətdir. Allah Təala buyurur: “(Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq(və Cəhənnəmə atacaq)lar. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir”. (“Rəhman” 41-43).

Allah Təala bəndələrinə həm mənəvi, həm də maddi nemətlər əta etmişdir. Hər bir xilqətin nemət hesab olunması üçün onun rahat olması lazımlı deyildir. Əslində bir şeyin nemət olması üçün, özündə çoxlu xeyir gəzdirməsi və xeyrinin ziyandan çox olması kifayətdir.

Yuxarıdakı ayələrə də o nəzərdən baxmaq lazımdır. Hədislərimiz buyurur ki, dünya bütün nemətlərinə baxmayaraq ki, mömin üçün bir zindandır. Hər kim bu dünyadan xaric olar, zindanı tərk edər.

Bu ayələr insana deyir ki, qəflətdən ayılsın. Həyatı ancaq yeyəcək və içəcək olmasın.

Bu dünya fani dünyadır, əbədi yer deyildir. Ona görə də ona bel bağlamasın. Bu deyilənlərə görə ölüm – bir nemətdir. Hər kim ölər, bu fani zindanı tərk etmiş olar.

Ayələr buyurur ki, cəhənnəm əhlini üzündən tanımaq olar. Ola bilsin ki, insan ilk baxışda bu ayələri həqiqətdən uzaq hesab etsin. Onun nemət olmasını İlahi rəhmətdən uzaq bilsin. Ancaq bir qədər dərindən düşünən zaman görürük ki, bu, əslində tam fərqli bir yanaşma tələb edir.

Belə ki, bir ana övladının çox yemək yeməsinin qarşısını almaq üçün, onu xəstəliklər ilə qorxudar və bu yolla həmin əməlin qarşısını almağa çalışar.

Allah Təbarəkə və Təala da cəhənnəmi yada salaraq, insanı bu əzablarla bağlı xəbərdar edir və günahdan çəkindirməyə çalışır. Əgər cəhənnəm və əzab qorxusu olmasaydı, təəssüf ki, insanların əksər hissəsi günah etməyə davam edərdilər.

Ancaq cəhənnəm atəşi, cəhənnəm əzabı kimi qorxular – insanları günahdan uzaqlaşdıra bilən ən təsirli yollardan biridir. Bu nəzərdən baxan zaman görürük ki, Allahın cəhənnəm əzabları vədəsi də belə, özü bir nemətdir.

Cəmiyyət həbsxana və cəza vasitəsilə insanları cinayətdən və xatalardan uzaq saxlamağa çalışdığı kimi, Allah da bəndələrini cəhənnəm əzabı qorxusu ilə günahdan saxlamaq istəyir.

Allah Təala bizləri ibrət götürən və dərk edənlərdən qərar versin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031