Həzrət Adəmin (ə) dili, hansı dil olmuşdur?
Tarix Həzrət Adəmin (ə) hansı dildə danışması barəsində sükut edir. Ancaq Allah Təala hər bir peyğəmbərinə (ə) vəhy göndərən zaman, onu hansısa dildə göndərir və peyğəmbər (ə) də bu dili başa düşür və o dildə danışır.
“Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin”. (“İbrahim” 4). Ona görə də Həzrət Adəm (ə) ilə Həvvanın danışdıqları dil mövcud olmuşdur. Ancaq onların hansı dildə danışdıqları məchuldur. Bu haqda ancaq ehtimallar verilir ki, onlarla tanış olaq: 1. Bəzi ehtimallara görə, Allah Təala bütün dilləri Həzrət Adəmə (ə) öyrətmişdir. Ona görə də o, bütün dillər ilə tanış idi. Quran buyurur: “Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək, buyurdu: «Əgər doğruçusunuzsa, bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin»”. (“Bəqərə” 31). Təfsirçilər bu ayənin təfsirində yazır: “Allah Təala, Adəm (ə) övladlarının Qiyamətə qədər danışacağı bütün dilləri ona öyrədir”. 2. Digər ehtimala görə, Adəmin (ə) dili süryani dili olmuşdur ki, sami və ərəb dillərinin anası hesab olunur. 3. Üçüncü ehtimala görə bəzi hədislər buyurur ki, behişt əhli ərəb dilində danışır. Ona görə də Adəmin (ə) də dili – ərəb dili olmuşdur. /Deyerler.org/ Oxşar xəbərlər
|