Ağıl sahiblərinin 16 xüsusiyyəti
Qurani-Kərimə əsasən, ağıl sahiblərinin bir sıra xüsusiyyətləri vardır ki, aşağıdakılardan ibarətdir:
1. Elmdə qüvvətlidirlər: هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ “Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan “möhkəm” ayələrdir ki, onlar kitabın əsası və anasıdır (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi “mütəşabih” (bir neçə mənası olan) ayələrdir. Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki onun təvilini (və həqiqi mənasını) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: “Biz ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir.” (Bunu) ağıl sahiblərindən başqa heç kəs başa düşməz.” (“Ali-İmran” surəsi, ayə 7.) 2. Zikr əhlidirlər; 3. Təfəkkür əhlidirlər; 4. Münacat əhlidirlər. Ağıl sahiblərinin bu xüsuyyətləri haqda belə buyurulur: إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ. الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində ağıl sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır. O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (uzandıqları halda) Allahı zikr edir, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşirlər: “Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san. Odur ki, bizi odun əzabından qoru.” (“Ali-İmran” surəsi, ayə 190-191; bax: “Bəqərə” surəsi, ayə 269; “Sad” surəsi, ayə 29.) 5. Qurani-Kərimin haqq olduğuna inanırlar; 6. İbrət əhlidirlər. 7. İlahi əhdə vəfalıdırlar; 8. Əhd-peymanı pozmurlar; 9. Əlaqələri bərqərar edib möhkəmləndirirlər; 10. Allah-Taaladan qorxurlar; 11. Qiyamətdən qorxurlar; 12. Səbirli və dözümlüdürlər; 13. Namaz qılırlar; 14. Aşkar və gizlində infaq və ehsan edirlər; 15. Pisliyi yaxşılıqla dəf edirlər. Bu xüsuyyətlər haqda belə buyurulur: أَفَمَن يَعْلَمُ أَنَّمَا أُنزِلَ إِلَيْكَ مِن رَبِّكَ الْحَقُّ كَمَنْ هُوَ أَعْمَى إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ الأَلْبَابِ. الَّذِينَ يُوفُونَ بِعَهْدِ اللّهِ وَلاَ يِنقُضُونَ الْمِيثَاقَ. وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللّهُ بِهِ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الحِسَابِ. وَالَّذِينَ صَبَرُواْ ابْتِغَاء وَجْهِ رَبِّهِمْ وَأَقَامُواْ الصَّلاَةَ وَأَنفَقُواْ مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلاَنِيَةً وَيَدْرَؤُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُوْلَئِكَ لَهُمْ عُقْبَى الدَّارِ “Məgər Rəbbin tərəfindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən kəs, (batini gözü) kor olan kəs kimidir? Əslində, yalnız ağıl sahibləri ibrət götürərlər. Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və peymanı pozmurrlar. O kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, öz Rəbbindən qorxur və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar. O kəslər ki, öz Rəbbinin razılığını cəlb etmək üçün səbir etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları (ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını) uzaqlaşdırırlar. Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür.” (“Rəd” surəsi, ayə 19-22; bax: “Zumər” surəsi, ayə 9 və 21; “Sad” surəsi, ayə 29; “İbrahim” surəsi, ayə 52; “Yusif” surəsi, ayə 111.) 16. Öyüd-nəsihətə qulaq asır, sözün ən gözəli və düzgününə tabe olurlar. الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ “O kəslər ki, sözü dinləyib onun ən yaxşısına tabe olular. Onlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18.) Maide.az Oxşar xəbərlər
|