Bəşər, insan və adam sözlərinin arasında olan fərq nədir?
Mьəllif: admin1
Tarix: 2-03-2023, 20:13
Bəşər, insan və adam sözlərinin arasında olan fərq nədir?
“Bəşər” sözünün lüğətdəki mənası “əşyanın dərisi, zahiri, cildi”dir.

“İnsan” sözü “nisyan” sözündən götürülmüş və mənası “unutmaq” deməkdir. Həmçinin “ins” məsdərindən götürüldüyü üçün “ram olan”, “ülfət bağlayan”, “uyğunlaşan” mənasını da verir. Bu səbəbdən bəşər sözündən bir mərhələ yuxarıda qərar tutur.

“Adam” sözü “udəm” sözündən götürülmüş və yeməyə və çörəyə əlavə olan şeylərə aid edilir ki, dadını gözəl etsin. Həmçinin “ailə başçısı, rəhbəri”, “əşyanın batini” mənasını da verir.

Ona görə də deyə bilərik ki, insanların arasından seçilmiş şəxslərə adam demək olar. Belə ki, adam – o insandır ki, təxminən kamala çatmışdır. Quran da adətən kamil insan haqqında danışan zaman, adam sözündən istifadə etmişdir.

Quranda insanla adamın fərqi ondadır ki, Adəm – Allahın bəşər nəslinin ilk nümayəndəsi olan insan üçün seçdiyi xüsusi addır. Əbul-bəşərin, yəni bəşərin atasının Adəm adlandırılması ona görədir ki, Həzrət Adəm (ə) – Allahın xəlq etdiyi ilk insan olmuş və bütün insanların atasıdır.

Bəzi hədislər isə buyurur ki, Adəm ona görə belə adlandırılmışdır ki, yer üzündədir. Adəmin (ə) bədəni, Yer kürəsinin torpağından götürülmüşdür.

İnsanın belə adlandırılması isə ona görədir ki, o, başqa insanlara tez uyğunlaşa və dil tapa bilir. Yəni, insan sözünün tərkibində ins məsdəri vardır ki, onun da mənası “yaxın olmaq”, “uyğunlaşmaq”dır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031