Xəyanətkar qazi, tacirin əmanətini belə qaytardı
Mьəllif: admin1
Tarix: 7-03-2019, 20:36
Xəyanətkar qazi, tacirin əmanətini belə qaytardı
Bir gün bir kişi qərara alır ki, səfərə çıxsın. Ancaq qorxur ki, evində olan qızıllarını oğurlayarlar. Ona görə də onları əmanət edə biləcəyi birinin yanında qoymağı qərara alır.

Şəhər qazisinin yanına gedir və deyir: “Mən səfərə çıxmaq istəyirəm. İstəyirəm ki, qızıllarımı sizin yanınızda əmanət qoyam və qayıdan zaman geri alam. Siz qazi olduğunuz üçün sizə etimad edirəm”.

Qazi deyir: “Mümkündür. Pulunu o sandığa qoy və get”.

O zaman ki, kişi səfərdən geri qayıdır, qazinin yanına gedir və deyir ki, səfərdən qayıtmışam və qızıllarımı götürmək istəyirəm.

Qazi əmanətə xəyanət edir və deyir: “Nədən danışırsan? Mən indiyə qədər sənin qızıllarını görməmişəm və harada olduğunu bilmirəm”.

Kişi çox narahat olur və şəhər valisinin yanına gedir. Olanları ona danışır. Vali əmanətdar adam olur. Tacirə deyir: “Sabah qazi mənim yanıma gəlməlidir, sən də gəl və söhbət zamanı əmanəti ondan istə”.

Sabahı günü qazi valinin yanına gələn zaman, vali ona deyir: “Mən bu ay həccə gedəcəyəm. İstəyirəm ki, şəhərimin işlərini sənə tapşıram. Çünki səndən əminini tanımıram”.

Bu zaman əmanət sahibi otağa daxil olur və onlara salam verib, qaziyə deyir: “Ey qazi! Mənim sənin yanında əmanətim vardır. Yanında qoyduğum qızılları mənə qaytar”.

Qazi deyir: “Bu, sandığın açarıdır, əmanətini götür və get”.

İki gün sonra qazi valinin yanına gəlir ki, əvvəlki mövzu haqqında onunla söhbət etsin.

Vali deyir: “Ey qazi! O, öz qızıllarını geri ala bilmirdi, mən öz şəhərimi səndən necə geri alacağam?”.

Sonra əmr verir ki, onu işindən kənarlaşdırsınlar.

Həzrət Peyğəmbər (s) buyurur: “(İnsanların) namazının, orucunun çoxluğuna nəzər salmayın. Dorğu danışmağına və əmanəti qaytarmağına nəzər salın!”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031