İxlas nümunələri...
İmam Əli (ə) təqvalılar haqqında buyurur: “Onlara tərif deyildikdə, deyilən təriflərdən qorxarlar.” (“Nəhcül-bəlağə”, 193-cü xütbə.)
Azad insanlar xalqın onları düşünməsinin Allahı düşünmələrinə mane olmasından qorxurlar. Onlar qorxurlar ki, “O kəslər ki, insanları Allah yolundan döndərər” ayəsinin canlı nümunəsi olsunlar. (Bax: “Əraf” surəsi, ayə 45.) Bir axşam İslam respublikası efirində 16 yaşlı döyüşçü ilə söhbət yayımlandı. Aparıcı soruşdu: “Sən nə işlə məşğul olursan?” Dedi: “Mina zərərsizləşdirirəm.” İndiyədək neçə mina zərərsizləşdirmisən?” Dedi: “Allahın lütfü ilə çox.” Aparıcı soruşdu: “Sayını bilirsənmi?” Cavab verdi: “Deməyə qorxuram, şeytan məni aldadar və təkəbbürə düçar olaram. Bu işdə az müvəffəq olan dostlarım kiçiklik hiss edərlər.” Allahu-əkbər! Nəql edilir ki, Mərhum Ayətullah Seyid Əbdülhadi Şirazinin şagirdlərindən biri onun dərsində nöqsan tutur. Müəllim nə qədər yumşaq cavab verirsə, o, qəbul etmir. Dərs sona çatandan sonra şagird ustadın yanına gəlir və yenə nöqsan tutur. Mərhum Şirazi 14 elmi cavab verir. Ustadın elmi gücünü görən şagirdlər soruşurlar: “Siz nə üçün bu qədər tutarlı cavablarınız ola-ola dəsrdə təslim oldunuz?” Ustad deyir: “Bu cavablar yadımdaydı. Lakin qorxuram ki, əgər desəm, o tələbənin ruhiyyəsi sınar və mən təkəbbürə düçar olaram. Məsləhət bildim ki, onun nöqsan tutması ilə söz demək istedadı çiçəklənsin.” Bu, böyük ruh və xalis niyyəti göstərir. Xeyli xidmət etmiş bəzi şəxslər özlərini tanıtdırmırlar. Bəziləri isə küçəyə bir zibil qutusu bağışladıqda, adlarını üzərinə yazırlar ki, xalq fılan kəsin nə etdiyini bilsin! İlahi övliyalar yalnız Allah üçün çalışır və ibadət edirlər. Onlar yalnız Allahdan mükafat gözləyirlər. Bütün əməlləri ilahi rəngdədir. (Bax: “Bəqərə” surəsi, ayə 138.) İlahi rəngdən gözəl bir rəng varmı ki, heç vaxt silinməsin, hərarət, soyuq, yoxsulluq, sərvət, adsızlıq və şöhrət ona təsir etməsin?! İmam Əli (ə) buyurur: “İşinizi, biliyinizi, qəzəbinizi, almağınızı, almamağınızı, sözünüzü və sükutunuzu Allah üçün xalis edin.” (“Fehresti-Ğurər”, “İxlas” kəlməsi.) Bu halda bütün işlər və onların təsirləri əbədi qalar. İlahi rəngdə olan hər bir iş əbədidir: “İlahi rəngdə olanlardan başqa hər şey məhvə məhkumdur.” (“Qəsəs” surəsi, ayə 88.) Lakin riya, özününümayiş və şöhrətpərəstlik rəngində olanlardan insana fayda yoxdur. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.76-78.) (Maide.az) Oxşar xəbərlər
|