Pis işlərimə görə üzr istəyirəm və qayıtmaq fürsəti istəyirəm...
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala yeddinci səmada bir mələk qərar vermişdir ki, adı Dayidir (yəni carçı).
O zaman ki, Rəcəb ayı daxil olar, bu mələk hər gecə səhərə qədər yüksək səslə deyər: Xoş olsun o kəslərin halına ki, zikr halındadırlar. Xoş olsun o kəslərin halına ki, itaət halındadırlar. Allah Təala buyurur ki, Mən o kəsin yoldaşıyam ki, Məni özü ilə yoldaş edər. Mən o kəsə itaət edirəm ki, Mənə itaət edər. Bağışlayaram o kəsi ki, Məndən bağışlanma istəyər. Bu ay – Mənim ayımdır. Bu bəndələrin hamısı – Mənim bəndələrimdir. Rəhmət də Mənə aiddir. Hər kim bu ayda Məni çağırarsa, ona cavab verərəm. Hər kim Məndən istəyərsə, ona verərəm. Hər kim bu ayda Məndən hidayət istəyərsə, onu hidayət edərəm. Mən bu ayı Özümlə bəndələrim arasında kəndir qərar vermişəm. Hər kim bu kəndirə çəng vurar – Mənə çatar”. Allah Təala bizləri bu kəndirdən tutmaq tövfiqinə çatdırsın, inşəallah. Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb – mənim ümmətimin istiğfar ayıdır. Ona görə də bu ayda bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Rəcəbi Əsəbb adlandırırlar. Çünki bu ayda Allahın rəhməti ümmətimə çox nazil olar. Ona görə də çoxlu deyin: “Allahdan pis işlərimə görə üzr istəyirəm və Ondan qayıtmaq fürsəti istəyirəm” (“Əstəğfirullahə və ətubu iləyh”). /Deyerler.org/ Oxşar xəbərlər
|