Böyük İslam dahisi Nəsrəddin Tusidən bəzi hikmətli nəsihətlər
Mьəllif: admin1
Tarix: 13-03-2023, 12:49
Böyük İslam dahisi Nəsrəddin Tusidən bəzi hikmətli nəsihətlər
Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi və ya Nəsirəddin Tusi.

1201-ci ildə Tus, yaxud Həmədan yaxınlığında dünyaya gəldiyi deyilən bu böyük alim 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş, öz vəsiyyəti ilə Kazımeyn şəhərində 7-ci imam Museyi Kazım (ə) və onun nəvəsi 9-cu imam Məhəmməd Cavadın (ə) məzarlarının ayaq tərəfində dəfn olunmuşdur.

Riyaziyyatçı, filosof, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrində söz sahibi olan alim ömrünün 12 ilini Ələmut adlı qalada həbsdə keçirmiş, bununla belə elmə böyük töhvələr vermişdir.

O cümlədən “Əxlaqi-nasir” adlı əxlaq kitabı və Əbu Əli Ibn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şəhr yazmışdır.

Böyük filosof və əxlaq utadından bir neçə dəyərli kəlamları sizə təqdim edirik:

-Xörəyi səhhət üçün yeyərlər, kef üçün yeməzlər.

-Nalayiq həyat keçirmə ki, nalayiq ölüm də ona əlavə edilsin.

-Təvazö, özünü daha aşağı mövqedə olanlara nisbətən üstün hesab etməməkdir.

-Həmişə ayıq ol, şər adamların hiylələrinin həddi-hüdudu olmaz.

-Vəfa ona deyilir ki, yardım və kömək lazım olan yerdə heç bir şey əsirgənməsin.

-Həmişə öyrən və öyrənməklə məşğul ol. Əvvəl məqsədi müəyyənləşdir, sonra elmi seç.

-Ömrümüz boyu öyrəndik, axırda onu bildik ki, heç nə bilmirik.

-Biz demişik ki, ədalət bütün fəzilətlərin yekunudur və onun yeri “ortaqlıqdır”.

-Bir az diqqət edilsə, naşükür adamların xasiyyətindən daha murdar xasiyyət tapmaq olmaz.

-Ən yaxşı xasiyyətlər içində isə qədir bilməkdən gözəl sifət ola bilməz.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031