Həyat yoldaşı səhv edən zaman... – evliliyin bəzi mövzuları barədə İmam Rzanın (ə) mübarək nəzəri
Mьəllif: admin1
Tarix: 13-03-2023, 12:46
Həyat yoldaşı səhv edən zaman... – evliliyin bəzi mövzuları barədə İmam Rzanın (ə) mübarək nəzəri
İmam Rza (ə) buyurur: “Evlilik məsələsində İslami sünnət belədir ki, axşam həyata keçsin. Çünki Allah gecəni rahatlıq mənbəyi qərar vermişdir. Qadınlar da rahatlıq mənbəyidirlər”.

Həzrət İmam Rza (ə) başqa yerdə buyurur: “O zaman ki, Həbəşi padşahı Peyğəmbər (s) üçün Əbu Süfyanın qızına elçilik etdi, Həzrət (s) vəlimə üçün yemək hazırladı və buyurdu: “Peyğəmbərlərin (ə) ədəbindəndir ki, evlənən zaman vəlimə versin”.

Əlbəttə ki, evin böyüyü kişidir və o, gərək müdiriyyəti boynuna götürsün, bu kiçik cəmiyyəti idarə etmək üçün ailə üzvlərinin nüfuzundan və sevgisindən istifadə etməlidir.

Kişi elə olmalıdır ki, ailədə əmin-amanlıq mehi əssin və hər kəs bir-birinə sevgi ilə müraciət etsin. Valideynlərin bir-birinə olan hörmət və gözəl rəftarları övladlarına da sirayət etsin.

İmam Rza (ə) buyurur: “Nə zaman gəlini gətirsələr, alnının tükündən tut və üzü qibləyə de: “Allahım! Əmanətini aldım və onun üçün nikah əqdini halal etdim. Allahım, ondan mənə mübarək övlad nəsib et və şeytanı övladımdan nəsibsiz et!””.

İmam Rza (ə) ailə başçılarına tövsiyə edir ki, həyat yoldaşları səhv edən zaman, onları bağışlayıb güzəşt etsinlər. Çalışsınlar ki, onları çox danlamasınlar.

İmam Rza (ə) Əmirəl-möminindən (ə) nəql edir ki, buyurub: “Hər kim güzəşt ilə əlinin altında olanları sevindirər, özündən üstün olanların əziyyət və incitməsindən salamat qalacaqdır”.

Qadınlar kişilər üçün İlahi əmanətdirlər. Bu əmanəti necə qoruyub, sonra Allaha necə təhvil verəcəkləri – onların ən mühüm məsuliyyətidir.

Çünki Allah əmanət mövzusuna xüsusi diqqət göstərir və onun yaxşı saxlanılıb, sonra da sağlam şəkildə sahibinə qaytarılmasını bəyənir.

Qurani-Kərim möminin ən mühüm sifətlərindən birini də əmanətdarlıq bilir. “O kəslər ki, (Xaliqlə və məxluqla olan) öz əmanətlərinə, əhd-peymanlarına riayət edərlər”. (“Məaric” 32).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031