Müvəqqəti dünya ötəri fəslə bənzəyir
Qurani-Kərimin “Yunis” surəsinin 24-25-ci ayələrində buyurulur:
إِنَّمَا مَثَلُ الْحَیاةِ الدُّنْیا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ مِمَّا یأْكُلُ النَّاسُ وَالْأَنْعَامُ حَتَّى إِذَا أَخَذَتِ الْأَرْضُ زُخْرُفَهَا وَازَّینَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَیهَا أَتَاهَا أَمْرُنَا لَیلًا أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِیدًا كَأَنْ لَمْ تَغْنَ بِالْأَمْسِ كَذَلِكَ نُفَصِّلُ الْآیاتِ لِقَوْمٍ یتَفَكَّرُونَ “Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyər ki, onunla yer üzündə insanların və dördayaqlıların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzənib-düzəndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün bu sayaq izah edirik!” وَاللَّهُ یدْعُو إِلَى دَارِ السَّلَامِ وَیهْدِی مَنْ یشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِیمٍ “Allah (bəndələrini) sağlamlıq (və əmin-amanlıq) evinə çağırır və istədiyini doğru yola hidayət edir!” Məsəlin təfsiri Yaxşı ab-havada yerləşən, vaxtlı-vaxtında yağış suyundan sirab olan, mülayim günəş istisindən qidalanan və mahir bir bağbanı olan münbit bir torpağı təsəvvür edin. Təbii ki, bu torpaqda az müddət ərzində ağaclar və gül-çiçəklər inkişaf edərək, insanı heyran qoyan gözəl bir bağ yaranacaq. Bu zaman bağ sahibi meyvə və ətirli gül-çiçəklərdən bəhrələndikcə, onun əbədi qalacağını düşünəcək. Amma, nəhayət, qəfildən hadisə və yaxud həmin viranedici küləyə məruz qalaraq, öz gözəlliyi və təravətini itirəcək, hər şeyi solub-saralaraq ondan əsər-əlamət qalmayacaq. İnsanın özü üçün topladığı sərvət, uzun-uzadı arzuları, gəncliyi, güvəndiyi malı və övladı az bir müddət sonra onları itirdiyi, övladlarından ayrıldığı, ölüm yatağına düşdüyü, vəziyyəti təravətli həyatdan bir şey qalmadığı həmin bağ və torpaq sahəsinə bənzəyir. Toğrayi adı ilə tanınan Müəyyiddin İsfahani “Lamiyyətül-əcəm” adlı məşhur qəsidəsində dünyanı necə də gözəl təsvir edir: نرجوالبقاءَ لدارٍ لا ثباتَ لَها فهل سمعتَ بظِلٍّ غيرَ منتقلِ “Əbədi qalmayan bir evin daimiliyini arzulayırıq? Heç kölgənin öz yerini dəyişmədiyini eşidibsənmi?” Bu məsəl bizi dünyapərəstlikdən çəkindirməklə əvəzində axirətə hazırlığı qarşıya məqsəd qoyur. Bu dünya bəla və müsibətlər, axirət isə sağlamlıq evidir: وَاللَّهُ یدْعُو إِلَى دَارِ السَّلَامِ... “Allah bəndələrini əmin-amanlıq və sağlamlıq evinə çağırır!” İmam Əli (ə) dünyanın ötəriliyini belə təsvir edir: دَارٌ بِالْبَلَاءِ مَحْفُوفَةٌ وَبِالْغَدْرِ مَعْرُوفَةٌ لَا تَدُومُ أَحْوَالُهَا وَلَا يَسْلَمُ نُزَّالُهَا “(Dünya) bəlalarla bükülmüş bir evdir, hiylə və məkrləri məlumdur, günləri qısadır və sakinləri də bəlasından amanda deyillər.” (“Nəhcül-bəlağə”, xütbə 226; “Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 18-ci məsəl.) Tərcümə edən: Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|