İxlassız ibadət batildir
Mьəllif: admin1
Tarix: 19-02-2023, 10:54
İxlassız ibadət batildir
Bütün ibadətlər Allaha yaxınlıq məqsədi ilə olmalıdır. Əgər ibadətin bir hissəsi Allahdan qeyrisi üçün olarsa batildir. Məsələn, əgər namazda vacib əməllərdən biri Allahdan qeyrisi üçün olarsa namaz qəbul deyil.

Müstəhəb əməllər riyakarlıqla olarsa, yaxud ibadətin zamanı (ilk vaxtda qılmaq) və məkanı (birinci sırada və ya məsciddə qılmaq) Allahdan qeyrisi üçün olarsa, namaz batildir. Allah zaman, məkan, keyfiyyət və xüsusiyyət baxımından yalnız Ona xatir olan və heç bir şərik qoşulmayan ibadətləri qəbul edir.

Qurani-Kərimdə buyurulur: “...Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (“Kəhf” surəsi, ayə 110.)

Hədisdə də belə buyurulur: “Cəbhədə qənimət yığmaq, güc nümayiş etdirmək və bu kimi başqa səbəblərə görə döyüşməyin dəyəri yoxdur.” (Bax: “Muhəccətul-bəyza”, 6-cı cild, səh.171.)

İxlaslı olmaq və riyadan uzaqlaşmaq çətin bir işdir. İmam Həsən Əskəri (ə) buyurur: “İnsanın işlərinə şirkin qatılması qaranlıq gecədə qara daş üzərində qarışqanın hərəkətindən daha gizlindir.” (“Tuhəful-uqul”, səh.487.)

İmam Əlinin (ə) ixlas barəsində xeyli buyuruqları var. Onlardan bir neçəsini xatırlayaq:

“Xalis niyyət son hədəfdir.”

“İxlas qurtuluşdur.”

“İman xalis iş görməkdir.”

“İxlas imanın ən üstün mərtəbəsidir.”

“İxlassız bütün əziyyətlər məhvə məhkumdur.”

“Allahın əzəmətini anlamağın nəticəsi Ondan başqası üçün heç bir iş görməməkdir.”

“Əməlin qəbul olması və ucalması ixlasa bağlıdır.”

“Niyyətlər xalis olarsa, əməllər inkişaf edər”

“Yalnız Allah üçün iş görənlər istəklərinə çatar.” (“Fehresti-Ğurər”, “İxlas” kəlməsi.)

Bir çox başqa hədislər göstərir ki, ixlasın məqamı ucadır. Xalis niyyət əməllərə dəyər verir. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.78-79.)


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031