Bütün gözlər Qiyamət günü ağlayacaqlar. Üç gözdən başqa…
İslam dini pak ətəkli olmağı insanlığın ən uca zirvəsi hesab edir. Ona görə də iffətsizliyi həmişə məhkum edir. Çünki dinimiz yaxşı bilir ki, şeytanın (lən) ən böyük silahı – insanın haram baxışlara malik olmasıdır.
Əgər insan gözünü kontrol etməzsə və hər nəyə gəldi baxarsa və bununla günah edərsə – insanlıq dəyərini itirər və Allahın rəhmətindən məhrum olar. İmam Sadiq (ə) buyurur: “Şorgözlük, şəhvət toxumlarını qəlbə əkər”. Naməhrəmə şəhvətli baxışlar – lənətlik şeytanın istəyidir. Bu baxışların atdığı oxlar da şeytanın zəhərli oxlarıdır. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Zəhərli baxışlar – şeytanın oxlarındandır”. Əmirəl-möminin (ə) buyurur: “Gözlər, şeytanın tələsidir”. Hər bir insanın bədən üzvünün Allah qarşısında vəzifə və öhdəlikləri vardır. Allahın insana verdiyi hər bir bədən üzvü Allaha xidmət etməlidir. Əks halda Allaha qarşı çıxmış olar və günah edər. İmam Əli (ə) buyurur: “Bədəndə göz qədər naşükür şey yoxdur. İstədiyini ona verməyin ki, sizi Allahı yada salmaqdan saxlamasın”. Bütün gözlər Qiyamət günü ağlayacaqlar. Üç gözdən başqa: 1. O göz ki, Allah qorxusundan ağlayar. 2. O göz ki, naməhrəmə baxmaqdan aşağı salınmışdır. 3. O göz ki, Allah yolunda gecə oyaq qalmışdır. Pak gözün gətirdiyi bərəkətlər ilə tanış olaq: 1. Möcüzələri görə bilmək. Həzrət Peyğəmbər (s) buyurur: “Gözlərinizi (naməhrəmdən) örtün ki, möcüzələri və qəribəlikləri görəsiniz”. 2. Qəlb rahatlığı. İmam Əli (ə) buyurur: “O kəs ki, gözünü naməhrəmdən aşağı salar, qəlbini rahat etmiş olar”. 3. Gözəl xasiyyət. İmam Əli (ə) buyurur: “O kəsin ki, gözləri nəzarətdə olar – sifətləri gözəl olar”. 4. İlahi mükafat. İmam Sadiq (ə) buyurur: “Hər kim bir qadını görər, gözlərini səmaya qaldırar və ya aşağı salar – göz yerinə qayıtmaz, məgər o halda ki, Allah behişt hurilərini onunla nikahlayar”. 5. İmanın şirinliyini dadar. Həzrət Peyğəmbər (s) buyurur: “Zəhərli baxışlar – şeytanın oxlarındandır. Hər kim onu Allah qorxusundan tərk edərsə, Allah ona elə iman əta edər ki, şirinliyini qəlbində hiss edər”. /Deyerler.org/ Oxşar xəbərlər
|