İmam Cavadın (ə) dünyaya gələndə göstərdiyi möcüzə
Mьəllif: admin1
Tarix: 28-01-2023, 10:21
İmam Cavadın (ə) dünyaya gələndə göstərdiyi möcüzə
İmam Musa Kazımın (ə) qızı Həkimə xanım nəql edir: “İmam Cavadın (ə) dünyaya gəlməsinə az qalmış, İmam Rza (ə) məni, həyat yoldaşını və bir nəfər doğum həkimini birlikdə bizi bir otağa dəvət etdi və qapını bağladı.

O zaman ki, gecə yarısı oldu, İmam Cavadın (ə) anası Xizranın doğum sancıları başladı. Bir qədər keçməmiş körpə dünyaya gəldi. Nuru bütün otağı əhatə etdi.

Xizrana dedim: “Kərim Allah bu əziz körpənin nuraniliyinə və mübarəkliyinə görə səni çıraq nurundan ehtiyacsız etmişdir”.

Körpə dünyaya gəldi və yerə düşdü və əyləşdi. İlahi nur bütün bədənini əhatə etmişdi. Sübh açılan zaman atası İmam Rza (ə) gəldi.

Gülümsəyərək, əziz körpəsini qucağına aldı. Sonra onu beşiyinə qoydu. Mənə buyurdu: “Ey Həkimə! Çalış həmişə yanında olasan”.

Körpənin dünyaya gəlişinin üçüncü günündə körpə gözlərini səmaya qaldırdı və sonra sağ və sol tərəfə baxdı. Sonra aydın səslə şəhadətləri dedi.

O zaman ki, körpə dili ilə kəlmeyi-şəhadətləri deyirdi, mən çox təəccüb edirdim. Bu halda yerimdən ayağa qalxdım və qardaşımın yanına getdim.

Ona dedim: “Çox qəribə bir mənzərə gördüm”.

İmam (ə) soruşdu: “Hansı mənzərəni görmüsən?”.

Dedim: “Bu kiçik körpə bu sözləri dedi”. Sonra olanları ona danışdım.

İmam (ə) mənim sözlərimi eşidən kimi gülümsədi və buyurdu: “Daha çox qəribə şeyləri müşahidə edəcəksən”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031