Təvazökarlığın əlamətləri, dərəcələri və bərəkətləri
Mьəllif: admin1
Tarix: 23-03-2019, 20:25
Təvazökarlığın əlamətləri, dərəcələri və bərəkətləri
Təvazökarlıq odur ki, insan, müəyyən meyarlar üzrə ondan daha aşağı məqamda olanlardan özünü üstün bilməsin. Təvazö sözü “vəz” sözündən götürülmüşdür və mənası özünü kiçik nişan verməkdir.

Lakin təvazökarlıq – qətiyyən özünü xar və zəlil etmək demək deyildir. Başqa sözlə desək, insan sadə olmalıdır və başqaları qarşısında təkəbbür etməməlidir. Eyni zamanda da özünü xar və zəlil hala salmamalıdır.

Zəlillik insan şəxsiyyətinin təhqir olması deməkdir. Ona görə də dinimiz bəyənmir ki, bəndəsi özünü xar və zəlil hala salsın.

Qurani-Kərimin möminə yaraşdırdığı və mədh etdiyi sifətlərdən biri də təvazökarlıqdır. “Rəhman (olan Allah)ın (həqiqi)bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir”. (“Furqan” 63).

İmam Rza (ə) təvazökarlıq haqqında buyurur: “Təvazökarlığın dərəcələri vardır. O cümlədən, insan öz qədrini bilməlidir, sağlam qəlblə yerində əyləşməlidir.

Heç kəsə tərəf getməyi sevməməlidir, məgər o halda ki, ona tərəf gələrlər.

Əgər pislik görərsə, onu yaxşılıqla örtər. Qəzəbini yatızdıran və insanların (xatasından) keçən olar.

Allah yaxşı əməl sahiblərini sevir”.

İmam Sadiq (ə) buyurur: “Təvazökarlıqdandır ki, məclisin aşağısında əyləşməyə razı olasan. Hər kimlə qarşılaşsan, salam verəsən. Davanı və mübarizəni tərk edəsən, baxmayaraq ki, haqq səndə olsa belə. Malik olduğun təqvaya görə səni tərifləmələrini sevməyəsən”.

Təvazökarlığın gətirdiyi bərəkətlər:

1. İnsanı başıuca edər. Həzrət Peyğəmbər (s) buyurur: “Təvazökarlıq bəndənin başını uca edər. Ona görə də təvazökarlıq edin. Allah sizə rəhmət etsin”.

2. Tərəqqi nərdivanıdır. İmam Əli (ə) buyurur: “Təvazökarlıq – şərafət və böyüklük nərdivanıdır”.

3. Nəzmə səbəb olar. İmam Əli (ə) buyurur: “Təvazökarlıq ilə işlər tərtibə düşər”.

4. Sevgi gətirər. İmam Əli (ə) buyurur: “Təvazökarlığın meyvəsi – mehribanlıqdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031