Padşahın yoxsula, yoxsulun isə padşaha nə kimi ehtiyacı var?
İmam Həsən Əsgəri (ə) “Zuxruf” surəsinin nazil olması barəsində nəql edir: “Bir gün Peyğəmbər (s) Kəbənin kölgəsində əyləşmişdi. Abdullah ibni Üməyyə, Həzrətə (s) dedi: “Əgər Allah bizim aramızdan rəsul məbus etmək istəyirdisə, elə bir kəsi məbus edərdi ki, hamıdan daha zəngin olardı.
Niyə bu Quran ki, Allah tərəfindən sənə nazil olmasını zənn edirsən və onun vasitəsilə sənə risalət vermişdir, bu şəhərin iki böyük şəxsiyyəti olan Vəlidə və Ürvəyə nazil olmamışdır?”. Bu zaman həmin surə nazil olur və Həzrət (s) onun cavabını bu surə ilə verir. “Həmçinin dedilər: «Nə üçün bu Qur’an bu iki şəhərin birindən (mal-dövlət və məqam sahibi olan) böyük bir kişiyə (Məkkədən Vəlid ibn Muğeyrəyə və Taifdən Urvə ibn Məsuda) nazil edilməyib?!». Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din), onların topladıqlarından daha yaxşıdır”. (“Zuxruf”31-32)”. İmam Həsən Əsgəri (ə) davam edərək buyurur: “Nəticədə görürsən ki, ən böyük və ən zəngin padşahlar belə, ən yoxsul olan yoxsullara möhtac olur. İstəyərlər ki, əllərində olan malı onlar alsınlar. Əgər həmin yoxsul olmasaydı, o padşahın malı islah olmazdı. Ya yoxsul malik olduğu elm və əldə etdiyi hikmətdən istifadə edərək, padşahı özünə möhtac edər. Həm yoxsulun padşahın malına ehtiyacı vardır və həm də padşahın yoxsulun elminə və hikmətinə. Ona görə də o padşah deyə bilməz ki, niyə mənim həm yoxsulun elmi və həm də öz malım olmasın. Yoxsul da deyə bilməz ki, niyə padşahın malını öz elm və hikmətim ilə toplaya bilməmişəm”. Bu zaman İmam (ə) bu ayəni tilavət edir: “Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın)””. Sonra buyurur: “Sənin Rəbbinin mərhəməti onların topladıqlarından daha yaxşıdır”. Yeri gəlmişkən, “Zuxruf” surəsinin fəzilətinə işarə edək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Zuxruf” surəsini oxuyar, o kəslərin cərgəsində olar ki, Qiyamət günü onlara deyilər: “Ey bəndələr! Qorxunuz olmasın, qəmgin olmayın. Hesab vermədən behiştə daxil olun””. /Deyerler.org/ Oxşar xəbərlər
|