Nə səbəbə İmam Səccad (ə), onu tanımayanlarla səfərə çıxmağa üstünlük verirdi?
Mьəllif: admin1
Tarix: 24-03-2019, 06:15
Nə səbəbə İmam Səccad (ə), onu tanımayanlarla səfərə çıxmağa üstünlük verirdi?
İmam Baqir (ə) atası İmam Səccad (ə) barəsində nəql edir: “Atam (adətən) o kəslərlə səfərə çıxardı ki, onu tanımazdılar. Karvançılar ilə şərt bağlayardı ki, onların ehtiyaclarını yerinə yetirsin və onlara xidmət etsin.

Səfər zamanı Həzrət (ə) yol yoldaşlarına xidmət etməklə məşğul olan zaman, onlardan biri Həzrəti (ə) tanıyır.

Karvan əhlinə deyir: “Bilirsiniz bu şəxs kimdir?”. Deyirlər ki, xeyr.

Cavab verir: “O, Əli ibn Hüseyndir (ə)”.

Bu zaman müsafirlər Həzrəti (ə) hər tərəfdən əhatə edirlər. Onun əlindən və ayaqlarından öpürlər.

Deyirlər: “Ey Allah Rəsulunun (s) oğlu! İstəyirsiniz ki, biz cəhənnəmlik olaq?! Əgər Allah eləməmiş sizə qarşı ədəbsizlik edərik – bədbəxt olarıq. Nə səbəb olmuşdur ki, siz belə edirsiniz?”.

Buyurur: “Mən nə zaman məni tanıyanlarla səfərə çıxıram, onlar Peyğəmbərin (s) ehritamına görə mənə həddən artıq xidmət edirlər. Sizin də onlar kimi ola biləcəyiniz qorxusundan, tanınmayan halda sizinlə birlikdə oldum”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031